İşsizliyə görə həbsxanaya düşmək istəyən qadın vağzalı "minaladı"

İşsizliyə görə həbsxanaya düşmək istəyən qadın vağzalı "minaladı"Moskva sakini həbsxanaya düşmək üçün qeyri-adi üsula əl atıb. O, Lipetsk şəhərində vağzalı "minalayıb".
49 yaşlı qadın bir müddət əvvəl həbsdən çıxıbmış. O, azadlığa buraxılandan sonra bir neçə ay Moskvada yaşayıb, sonra Voronejə gedib. Ardınca da Lipetsk şəhərinə yollanan qadın deyib ki, azadlıqda özünü narahat hiss edirdi.

Qohumlarının bildirdiyinə görə, bu qadının nə ailəsi olub, nə də dostları. Yaşına və məhkumluğuna görə iş də tapa bilməyib. Ona görə də çıxış yolunu həbsxanaya qayıtmaqda görüb.

Qadın öncə həbsxanaya qayıtmaq üçün birbaşa hüquq-mühafizə orqanlarının özünə müraciət edib. Ancaq onlar qadının dediklərini ciddi qəbul etməyiblər. Bundan sonra qərara gəlib ki, polisə zəng eləyib yalan məlumat versin, bu əməlinə görə gəlib onu həbs eləsinlər. O, Daxili İşlər Nazirliyinin "Qaynar Xətt"inə zəng eləyib deyib ki, vağzala mina qoyulub. Məlumatın yalan olduğu üzə çıxandan sonra qadını həbs ediblər.

Mayın əvvəlində Moskvada buna bənzər başqa bir hadisə də olmuşdu. "Şeremetyevo" aeroportunda 62 yaşlı Aleksey Kojin zəng eləyib, hava limanının minalanması barədə yalan məlumat vermişdi. Onun məqsədi isə başqaydı. Həyat yoldaşı ilə Türkiyəyə istirahətə yollanan Kojin həmin vaxt aeroportda xanımını itirib. Təyyarəyə gecikməmək üçün o, çıxış yolunu aeroportun minalanması barədə yaıan məlumat verməkdə görüb.(bizimyol)

Hadisə   Baxılıb: 1608   Tarix: 14 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR