"Biabırçılıqdır" - Təhsil eksperti dərslikləri QİYMƏTLƏNDİRDİ

"Biabırçılıqdır" - Təhsil eksperti dərslikləri QİYMƏTLƏNDİRDİ"Uzun illərdir dərsliklərdəki qüsurlarla bağlı geniş müzakirələr aparılır. Əvvəllər səhvlər hədsiz çox idi və olduqca kobud səhvlər vardı. Bu səhvlər o qədər qabarıq idi ki, çox vaxt onları ekspertlər yox, valideynlər, müəllim olmayanlar, hətta şagirdlər tapa bilirdi. Hamıya elə gəlirdi ki, diqqətlə baxsa, istənilən dərsliyin istənilən səhifəsindən səhv tapa bilər".

Bunu təhsil eksperti Etibar Əliyev deyib.

O, bildirib ki, bu səhvlərin arasında ciddi məzmun yanlışlıqları da vardı, bayağı üslub, qrammatika, korrektura, vergül-nöqtə səhvləri də.

"Dərslikdən nümunələr cəmiyyətdə gülüş yaradırdı. Çünki adekvat olmayan situasiyalar və mətnlər dərsliklərə yol tapmışdı.

5-ci sinif "Ata Yurdu" dərsliyində yazılmışdı ki, Şirvanşah İbrahim qocalanda oğlu Xəlilullahı yanına çağırıb vəsiyyət edir. İbrahim şah oğluna deyir ki, "Baku-Kubənin mənzərəli yerində özünə bir saray tikdir. Metronun "İçərişəhər" stansiyası Şirvanşahlar sarayının yanındadır".

Camaat dərslikləri ələ salıb gülürdü.

2012-ci ildə dərsliklərin monitorinqi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (indiki Dövlət İmtahan Mərkəzi) tapşırıldı.

Təhsil Nazirliyi isə səhvlərlə bağlı heç bir iradı qəbul etmirdi onacan. Müəlliflər də iradlar qarşısında təkəbbürünü qorumaq istəyirdi.

Yadımdadır, bir müəllifin dərsliyindən 120 səhv tapılmışdı, 18-ni etiraf etmişdi. Bir dərslikdə 18 səhv biabırçılıqdır, halbuki səhvlər elə 120 idi".

E. Əliyev bildirir ki, daha bir biabırşı səhv ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün "Ədəbiyyat" dərsliyində idi: 2012-ci il nəşr, müəlliflər: Nizami Cəfərov, Teymur Kərimli:

"Müəlliflərin hər ikisi akademikdir. Dərslikdə məzmunun işlənməsi baxımından 36, dil və yazı üslubu baxımından 24 qüsur vardı.

Vəziyyət o həddə gəlib çatmışdı ki, keçmiş Təhsil naziri Misir Mərdanov yazdığı kitabların sayını itirmişdi.

Bu cür qüsurlar o qədər çox və bayağı idi ki, dərsliklərin əsl problemi yaddan çıxırdı".

Ekspert indi də korrektura və üslub səhvləri olduğunu, onları düzəltməyin mümkünlüyünü bildirir: "Amma dərsliklərin əsl problemi qalır. Nədir əsl problem? Birinci və ən vacib məsələ. Dərsliklər ən faydalı öyrənmə mənbəyi deyil.

Götürək riyaziyyat dərsliklərini. Öz müşahidəmə görə deyirəm, müəllimlərlə söhbət etmişəm, şagirdlərlə söhbət etmişəm. İzah bəs etmir. İzahlar aydın deyil. Çalışmalar bəs etmir.

Müəllimlər açıq deyirlər ki, bəsit və dərsliklərin bir az geniş təkrarı olan Namazov vəsaitlərinin ümidinə qalıblar. Çünki dərslikdə hər şey azacıq verilib. İzah da, nümunələr də, çalışmalar da. Dərsliklər sadəcə çox rənglidir. Məzmun baxımından solğun və mahiyyətcə dərslikdən uzağa getməyən Namazov vəsaitinə möhtac qalıb.

Məsələn, 5-ci sinifdən bir dərs götürək. Say sistemləri. Mən fizika fakültəsini bitirmişəm. Mövzu maraqlı gəldi. Burada onluq say sistemi çox bəsit izah edilir və deyilir ki, başqa say sistemləri də var, kompüterlər 2-lik say sistemi ilə işləyir. Daha heç nə deyilmir. İzah yoxdur ki, onluq say sistemindəki ədəd ikilik say sistemində necə olur, bir sistemdən digərinə necə keçmək olar və s.

Yuxarı siniflərdə də yoxdur. Onda bu dərs niyə lazımdır? Nə verir?

Fizika dərslikləri sanki Ali məktəb tələbələri üçün yazılıb. 10-cu sinfin fizika dərsliyinin "Mənbələr" səhifəsində göstərilən bütün ədəbiyyatlar (B. Əsgərov, N. Qocayev, İ. Savelyev və s.) Ali məktəblər üçün nəzərdə tutulmuş ədəbiyyatlardır.

İkinci məsələ. Dərsliklərdə situasiya yoxdur.

Biz qəbula açıq suallar və situasiya məsələləri salmışıq. Dərsliklərdə situasiya yoxdur. Açıq sualları isə standart işçi çalışmalar əvəz edir. Həmişə eyni məsələlərdir, eyni dükan məsələləri, eyni hərəkət məsələləri. Bütün dünyada məişət məsələləri çox geniş tətbiq edilir. Bilirsiniz ki, Harvard keysləri çox faydalıdır. Məişət və həyati situasiyalardan məsələlər Harvard keyslərini əvəz edir. Biliyə yaşam qazandırır. Bizdə yoxdur.

Üçüncü məsələ. Dərslərin izahı dar və bəsit olduğu üçün və situasiya izahları olmadığı üçün onlar quru məzmuna sahibdir, itələyicidir, yaxşı anlada da bilmir.

Dördüncü. Şifahi nitqlə yazılı dilin ciddi fərqi var. Bizim dərsliklərdə dil bunların heç biri deyil. Daha çox cib formatında olan sorğu kitablarının dilinə oxşayır. Hətta dil və ədəbiyyat dərsliklərində gözəl mətn olmalıdır, amma elə bil qəsdlə mətni gözdən salmağa çalışırlar.

Nəticə olaraq onu qeyd edim ki, dərsliklərin qüsuru oradakı xətalarla ölçülə bilməz. Xətalar aradan qalxa bilər. Amma dərslik faydalı öyrənmə mənbəyinə, sevimli müəllimə çevrilməyəndən sonra bu xətaların aradan qaldırılması nəyə gərəkdir?

Dərslik özü kökündən xətalıdırsa, öz funksiyasını yerinə yetirmirsə, orada gülüş yaradan səhvin olmaması nəyi dəyişir ki?

Məktəb, müəllim kitab axtarır. Repetitorlar belə əlavə vəsait axtarırlar. Necə olur ki, bir müəllimin bir repetitorun stolunun üstündə dərslik olmur. Məktəbdə məcburdurlar stolun üstünə qoysunlar. Çünki dərsliklər Öyrənmə mənbəyi kimi faydalı deyil.

Elmin sosiologiyasının banilərindən biri Robert Merton tədqiqatlarında "Matvey effekti"nin adını çəkir. Nədir "Matvey effekti?"

"Kimin varıdırsa ona yenə veriləcək və çoxalacaq, kimin yoxudursa ondan olanını da alacaqlar." Elə etmək lazımdır ki, olanlarımız çox olsun və əlimizdən alınmasın". (bakupost)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2350   Tarix: 15 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel