Bakıda kriminal avtoriteti öldürənlərin tutulma ANI - VİDEO

Bakıda kriminal avtoriteti öldürənlərin tutulma ANI - VİDEOİyunun 7-də Bakıda küçədə güllələnən kriminal aləm üzvü Mübariz Budaqlını qətlə yetirənlərin tutulma anı polisin nəzarət kamerasına düşüb.

Sonxeber.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi videogörüntüdə elə həmin gün yol polisləri tərəfindən təqib olunan şübhəli şəxslər – Taleh Cəlalov və Vüsal Hüseynovun saxlanılma anı videolentə alınıb.

Binəqədi rayonu Azadlıq prospektində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov həmyerlisi Vüsal Hüseynov tərəfindən idarə edilən "BMW" markalı avtomobillə sərnişin kimi gedən zaman Pirşağı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlının sərnişin qismində getdiyi Nazim Qədirovun idarə etdiyi "Mercedes" markalı avtomobili təqib edib. Yaranmış tıxacdan istifadə edən T.Cəlalov tüfəngdən açdığı atəşlə M.Budaqlını qətlə yetirib hadisə yerini tərk edib.

Bu zaman Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları polis serjantları Murad Əzizli, Ramin Əsgərov, Mehdi Hacıyev şöbənin rəisi Mərdan Əliyevin göstərişi əsasında M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində süni tıxac yaradaraq həmin şəxslərin idarə etdiyi avtomobili saxlayıblar. Hadisəni törətməkdə şübhəli bilinən T.Cəlalov və V.Hüseynov tutulub. T.Cəlilovdan cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş "İJ-16" markalı tüfəng götürülüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 7719   Tarix: 17 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23 aprel
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: "Arvadı da bir neçə dəfə ona əl qaldırıb" - FOTO

Ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb. Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən, həmçini

24 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart