Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT: Ata rayondan gəlib "20 Yanvar"da qızını öldürdü- TƏFƏRRÜAT

Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT: Ata rayondan gəlib "20 Yanvar"da qızını öldürdü- TƏFƏRRÜATBakıda qısqanclıq zəminində qızını öldürməkdə təqsirli bilinən 57 yaşlı İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesin qapalı keçirilən prosesdə hökm oxunub.

İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyulun 24-də Yasamal rayonunda ata gənc qızını qısqanclıq zəminində qətlə yetirib.

Hadisə rayonun Həsən Bəy Zərdabi küçəsində baş verib.

Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı İlqar Qurbanov rayondan Bakıya gələrək metronun "20 Yanvar" stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədli ilə görüşüb.

Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olublar. İlqar Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o, qızının əxlaqsız həyat tərzini əsas gətirib.

Buna görə də İlqar Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. Aysel Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.

Ərazidən uzaqlaşmayan İlqar Qurbanov həmin ünvana gələn Yasamal rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

İstintaqa ifadə verən İlqar Qurbanov törətdiyi cinayəti etiraf edib. O bildirib ki, qızı Aysel Məmmədlini namus üstündə ölüdürüb.

İlqar Qurbanovun ifadəsinə görə, qızı Ayselin paytaxtda əxlaqsızlıq etməsi, yüngül həyat tərzi keçirməsi barədə kənddə söz-söhbət gəzib:

"Bu səbəbdən Bakıya gəldim. Metronun "20 Yanvar" satansiyasının yaxınlığında qızımla görüşdüm. Ondan xoşagəlməz söz-söhbətin səbəbini soruşdum. Əvvəlcə deyilənləri inkar etdi. Amma sonra öz həyatını yaşadığını, heç kimin onun şəxsi həyatına qarışa bilməyəcəyini söylədi. Onun bu sözlərindən əsəbiləşdim. Bu səbəbdən özümdə olan bıçaqla onu vurdum".

İlqar Qurbanov qeyd edib ki, əvvəlcə qızının boğaz nahiyəsinə, daha sonra qarın boşluğuna xəsarətlər yetirib.

Onun sözlərinə görə, orada qızının ölməsini gözləyib və sonra polisə təslim olub.

İstintaq orqanı tərəfindən İlqar Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (teleqraf)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4159   Tarix: 18 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021