Azərbaycanda yeni sürücülük vəsiqəsinin nümunəsi TƏSDİQLƏNDİ - FOTO

Azərbaycanda yeni sürücülük vəsiqəsinin nümunəsi TƏSDİQLƏNDİ - FOTOKənd Təsərrüfatı Nazirliyinin Kollegiyası traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiq edib.

Sonxeber.az APA-ya istiadla xəbər verir ki, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi 86 mm x 54 mm ölçüdə plastik kart formasında olur.

Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – "AZ", sağında "Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi", ingilis dilində "Driving licence" sözləri yazılır. Vəsiqənin yuxarı sağ küncündə müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir və onun altında 5 rəqəmi ilə nömrələnmiş vəsiqənin seriyası "SV" və altı rəqəmli nömrəsi əks olunur. Sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 24 mm x 18 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur. Fotoşəkilin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunur.

Vəsiqənin üz tərəfinin orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 8., 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə "Yol hərəkəti haqqında" qanuna uyğun olaraq vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı və ya möhürü, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu traktor və özügedən maşınların kateqoriyaları qeyd olunur. Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılır.

Vəsiqənin arxa tərəfinin sol tərəfində - 1. Soyadı/Surname, 2. Adı və atasının adı/Name and patronymic, 3. Doğulduğu tarix və yer/Date and place of birth, 4a. Vəsiqənin verildiyi tarix/Date of issue, 4b. Etibarlıdır /Date of expiry, 4c. Vəsiqəni vermiş qurumun adı və ya möhürü/İssuing authority name or stamp, 4d. Fərdi identifikasiya nömrəsi/Personal identification number, 5. Vəsiqənin nömrəsi/Licence number, 6. Fotoşəkil/Photo, 7. Vəsiqə sahibinin imzası/Signature of the holder, 8. Yaşayış yeri/Place of residence, 9.Traktor və özügedən maşınların kateqoriyaları/Categories of the tractor and self-propelled machines, 10. Verildiyi tarix/Date of issue, 11. Etibarlılıq müddəti/Date of expiry, 12. Əlavə məlumat və ya məhdudiyyətlər/Additional information or limitations, 14. Digər qeydlər/Other information - sözləri yazılır.

Vəsiqənin arxasının sağ tərəfində sütunları 9, 10, 11 və 12 rəqəmləri ilə işarələnmiş cədvəl əks olunur. 9 nömrəli sütunda traktor və özügedən maşınların kateqoriyaları və hər bir kateqoriyaya aid aşağıdakı məlumatlar göstərilir:

- "T" – təkərli traktorlar, 14 kN (1.4 d.g.) sinfinə kimi / Wheel tractors up to 14 kN (1,4 t.f.);

- "TK" – təkərli traktorlar, 14 kN (1,4 d.g.) sinfindən yuxarı / Wheel tractors above 14 kN (1,4 t.f.);

- "TT" – tırtıllı traktorlar / Tracked tractors;

- "H" – mexaniki transmissiyalı özügedən maşınlar / Self-propelled machines with mechanical transmission;

- "HT" – hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər / Self-propelled machines with hydrostatic transmission, including loaders;

- "HK" – meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar/ Reclamation and road-construction equipments, including excavators.

Cədvəlin alt hissəsində digər məlumatların əks olunması üçün 14 rəqəmi ilə nömrələnmiş sətir nəzərdə tutulub. Vəsiqənin üzərində təmassız oxuna bilən QR-kod (kodlaşdırılmış məlumat) yerləşdirilir və burada vəsiqə sahibinin soyadı, adı, atasının adı və aldığı kateqoriya haqqında məlumat əks olunur. Vəsiqədə Azərbaycan Respublikasının Dövlət xəritəsi, fon şəkli olaraq Azərbaycan Respublikasının Dövlət gerbi və xəritəsi, habelə təkərli traktor və naxışlar təsvir olunur.
Azərbaycanda yeni sürücülük vəsiqəsinin nümunəsi TƏSDİQLƏNDİ - FOTOAzərbaycanda yeni sürücülük vəsiqəsinin nümunəsi TƏSDİQLƏNDİ - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6471   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel