Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşdü

Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşdüAzərbaycan Cüdo Federasiyasının Prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Avropa Cüdo İttifaqının Prezidenti Sergey Soleveyçiklə görüşüb.

Sonxeber.az xəbər verir ki, Rövnəq Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

Ölkəmizdə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən Abdullayev son vaxtlar idmançılarımızın mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq turnirlərdə medallar qazandığını diqqətə çatdırıb.

Hər il yeniyetmələr, gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən federasiya prezidenti bu yarışlarda rekord sayda cüdoçuların mübarizə apardığını qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Avropa Cüdo İttifaqının rəhbəri Sergey Soleveyçik Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən Soleveyçik hazırda Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Bu mötəbər festivalın cüdo yarışlarında Avropa və yerli federasiyaların birgə İşçi qrupunun fəaliyyət göstərdiyini, yarışda qitənin ən güclü yeniyetmə cüdoçularının mübarizə apardığını qeyd edib.

Sonra Sergey Soleveyçik Avropa Cüdo İttifaqının xüsusi hədiyyəsini Rövnəq Abdullayevə təqdim edib. Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1161   Tarix: 24 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021