Bu yollar bağlı olacaq — XƏBƏRDARLIQ

Bu yollar bağlı olacaq — XƏBƏRDARLIQBakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar sabah bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.

Bu barədə Sonxeber.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, iyulun 25-də Lökbatan dairəsindən şəhərin mərkəzinə doğru avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq:
"Kişilərdən ibarət velosipedçilər komandası Şıx qəsəbəsindəki veloparkdan start götürəcək. Yarışçılar Qaradağ rayonunun Lökbatan dairəsi istiqamətində hərəkət edəcək və dairədən geriyə marşrut götürərək Bibiheybət məscidi, jurnalistlərin binasının yanı, Bayraq meydanı, Neftçilər prospektinə daxil olacaq. Beləliklə, Salyan şosesi ilə hərəkət edən velosipedçilər Azneft dairəsinə daxil olacaq. Ona görə də paytaxtın Niyazi küçəsində, İstiqlaliyyət küçəsində, Lermontov küçəsində, Sara Qədimova küçəsində, Qurban Abasov küçəsində və Salyan şosesi ilə təkrar olaraq velopark istiqamətində hərəkət marşrutu nəzərdə tutulub. Sabah səhər saat 10:00-dan 13:00-dək və günün ikinci yarısında Bibiheybət məscidi istiqamətindəki veloparkdan nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq".

O əlavə edib ki, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sürücülər alternativ yollardan istifadə etsinlər: "Sürücülər Bakı-Salyan yolunun 14-cü km-dən, yəni Lökbatan dairəsindən alternativ yol kimi üçüncü kənar dairəvi yolla hərəkət etməklə Badamdar qəsəbəsi və yaxud Yasamal rayonunun daxili yolları üzrə hərəkət edə bilərlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1103   Tarix: 24 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021