Kənd yerlərində məşğulluq artacaq - Ekspert rəyi

Kənd yerlərində məşğulluq artacaq - Ekspert rəyiAzərbaycanda həyata keçirilən islahatlar kənd yerlərində məşğulluq səviyyəsinin yüksəlməsinə də müsbət təsir göstərəcək.

Sonxeber.az xəbər verir ki, bunu Oxu.Az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, regionun ucqar bölgələrində yaşayan, birbaşa aqrar istehsal fəaliyyəti ilə məşğul olan istehsalçıların iqtisadi aktivliyinin təmin olunması dövlət siyasətinin başlıca məqsədlərindən biridir:

"Azərbaycan ənənəvi aqrar ölkədir. Əhalinin əmək vərdişləri bütünlüklə kənd təsərrüfatına əsaslanır, on milyon nəfərə çatan əhalimizin 47 faizi kənd yerlərində yaşayır, ölkədə məşğul əhalinin 36 faizi aqrar sahənin payına düşür. 863 min ailə təsərrüfatı çörəyini torpaqdan çıxarır".

Ekspert qeyd edib ki, aqrar sığorta bazarının formalaşdırılması yerlərdə istehsalın şaxələnməsinə təkan verəcək tədarük sisteminin və fermer-dövlət iqtisadi münasibətlərinin güclənməsinə təkan verə bilər:

"Xüsusilə məşğulluğa ciddi mənfi təsir göstərən istehsalçılar arasında dağınıq iqtisadi münasibət aradan qaldırılmalıdır. Xırda istehsalçıların kooperasiyalarda birləşməməsi, torpaqların meliorativ vəziyyəti haqqında məlumat bazalarının olmaması, peşəkar mütəxəssislərin çatışmazlığı həll olunması zəruri olan vacib məsələdən biridir.

Təhlillər göstərir ki, regionlarda emal infrastrukturunun - taxıl anbarı kompleksləri, müasir suvarma sisteminin tətbiqi ilə yeni təsərrüfatlar, damazlıq yumurta və broyler təsərrüfatları, cins heyvandarlıq kompleksləri, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatları, süd, ət emalı müəssisələri, kəsim məntəqələri, quru meyvə istehsalı müəssisələri, eləcə də digər yerli potensialı ifadə edən emal və sənaye məhsulları istehsalı müəssisələrinin yaradılması qarşıda duran hədəflərdəndir".

Qeyd edək ki, son illərdə həyata keçirilən islahatların yeni mərhələsi kənd təsərrüfatı sahəsini də əhatə edib. Bu istiqamətdə dövlət siyasətini tənzimləyən strukturda kadr dəyişiklikləri ilkin müsbət nəticələri verir. Aqrar sahənin dayanıqlı inkişafı üçün sistemli addımlar atılır. Aqrar sahədə qarşıya qoyulan hədəflərdən biri də kənd yerlərində məşğulluq imkanlarının genişləndirilməsidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1680   Tarix: 27 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021