Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA
"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər".
Bu sözləri Sonxeber.az- açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqında dəqiq rəqəmlər söyləmək çətindir:
"Bu təzminatın hesablanması üçün güclü tədqiqat aparılmalıdır. Dağıdılan binaların infrastrukturunun bugünkü qiymətlərlə hesablanması olduqca mürəkkəbdir. Burada söhbət maddiyatdan gedirsə, həmin dövr orada olan əsas dövriyyə vəsaitləri, kənd təssərüffatı infrastrukturu, bütünlükdə maddi dəyərə sahib olan hər şey qiymətləndirilməlidir. Etiraf etmək lazımdır ki, hazırkı dövrdə bizim bunu etməyimiz olduqca çətindir. Ona görə də hansısa dəqiq rəqəmlərdən danışmaq olmur. Amma şübhəsiz ki, dəymiş ziyan 10 milyardlarla dollarla ölçülə bilər.
Unutmaq olmaz ki, söhbət tək dəymiş ziyandan yox, 30 il ərzində qazanıla biləcək əlavə dəyərin itirilməsindən və müəyyən dərəcədə Ermənistan iqtisadiyyatında özünü göstərməsindən gedir. O ərazilərdə faktiki idarəetmə Ermənistan tərəfindən reallaşdırılırdı. Düzdür, Ermənistan orada iqtisadi sistem qura bilmədi, amma o ərazilərin Ermənistan iqtisadiyyatında payı var. Hesablamalar aparılan zaman da bunlar qeyd olunmalıdır.
Ona görə də Ermənistana qarşı hüquqi müstəvidə təzminat iddiası qaldırılmalıdır. Azərbaycan tərəfi bu prosesdə son nəticəyə qədər iştirak etməlidir. Burada ən mürəkkəb məsələ hüquqi müstəvidəki təmsilçilərin ikili standartlara bir çox hallarda yol verməsi, eləcə də prosesin ləngiməsinə görə çəkişmələrin olması və hesablamalardakı dəqiqliklə bağlı ola bilər. Bütün hallarda Azərbaycan sona qədər mübarizə aparmalı və Ermənistan tərəfindən təzminatı almalıdır".
Aytəkin Cəlali
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ
4 sentyabr 2021İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ
Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun
12 iyul 2021Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır
Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil
22 may 2021Dünya bazarında neft qiymətləri necə dəyişib?
Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub
20 iyul 2021Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA
Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın
8 sentyabr 2021"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək
"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"
25 avqust 2021Bitkoin yenə bahalaşdı
Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub
8 avqust 2021Toylar necə keçiriləcək? - AÇIQLAMA
Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl
26 may 2021Azərbaycan təbii qaz ixracını 57 % artırıb
Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar
17 iyul 2021