49 avroya aviabiletlər - AZALJET

49 avroya aviabiletlər - AZALJET15 mart 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları"-nın aşağı büdcəli brendi AZALJET 28 mart 2016-cı il tarixindən etibarən (yay mövsümü üzrə uçuş cədvəlinin qüvvəyə minməsi ilə) uçuşlar yerinə yetirməyə başlayacaq.

Əvvəlcədən elan olunduğu kimi, AZALJET brendi altında daha çox tələb olunan istiqamətlər üzrə və uçuş müddəti 3,5 saata qədər olan reyslər yerinə yetiriləcək. Bu istiqamətlərə Moskva, İstanbul, Dubay, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxildir.

AZALJET-in reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - "Budget", "Discount" və "Comfort" mümkün olacaq. Bu tariflər üzrə aviabiletləri 28 mart tarixindən etibarən əldə etmək mümkün olacaq.

AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayacaq. Bu məbləğə bütün vergi və yığımlar daxildir.

Qeyd edək ki, bu tarif üzrə təyyarədə yerlərin sayı məhduddur.

"Budget", "Discount" və "Comfort" tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412 598-88-80 və ya *8880) məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.

Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 3 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq.
Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan "Budget" tarifinin əvvəlcədən bron edilməsi zamanı əldə etmək mümkün olacaq. "Discount" tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. "Comfort" tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.
"Azərbaycan Hava Yolları" özünün aşağı büdcəli brendini ayrıca struktura ayırdıqdan sonra, əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bort qidalanmasının daxil olduğu klassik aviareyslərini yerinə yetirməyə davam edəcək.
Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkünd


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1418   Tarix: 15 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir

Zəngəzur dəhlizi - bir neçə marşrutu özündə birləşdirən genişmiqyaslı layihədir. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib. O xatırladıb ki, "Tram

13 dekabr
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13 dekabr
.

Ramaldanovun qəzaya düşən qohumlarının vəziyyəti necədir?

Qusarın Yuxarı Ləgər kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, ötən gün saat 15:00 radələrində Qusar rayonu ərazisində ba

15 dekabr
.

Vəfat edən şəxsin pensiyası ilə bağlı vacib məqamlar

Həyat yoldaşı vəfat etmiş biri dünyasını dəyişən şəxsin pensiyasını ala bilməsi üçün özü pensiya yaşına çatmalıdır. xəbər verir ki, bunu vəkil Cəfər Cəfərli deyib. Bildirib ki, bundan əlavə, vəfat edən şəxsin ən azı 25 il sığorta stajı olmalıdır:. "Yəni, vəfat etmiş şəxsin 25 il sığorta stajı olduğ

13 dekabr
.

Kəndinə ilk ali təhsilli qadın kimi qayıtdı... - Video

Lənkəranın Diryan kəndində təxminən 100 nəfər yaşayır. Lakin kəndin yazılmamış qaydaları var. Son illərə kimi burada qızların oxuyub ali məktəbə daxil olması, təhsil almaq üçün şəhərə getməsi xoş qarşılanmayıb. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, bütün bunlara baxmayaraq, Mehman

15 dekabr
.

Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavabları belə ötürürmüş

Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ekspert tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Gündü

12 dekabr
.

Bazar gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında dekabrın 14-də arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gücl

13 dekabr
.

DİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"

Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər məsələsinə münasibət bildirib. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübh

13 dekabr
.

Üç avtomobil toqquşdu - Broyler toyuqları ətrafa dağıldı

Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb. "Qafqazinfo"nun xəbərinə görə, yol-nəqliyyat hadisəsi rayonun Hacıselli kəndi ərazisindən keçən magistiral yolda qeydə alınıb. Hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq "Opel" və "Mercedes" markal

15 dekabr