Elçin Əmirbəyov: Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir
Zəngəzur dəhlizi - bir neçə marşrutu özündə birləşdirən genişmiqyaslı layihədir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib.
O xatırladıb ki, "Tramp Marşrutu" (TRIPP) - cari ilin avqustunda Vaşinqton sammitinin nəticələri üzrə həyata keçirilməsi barədə razılıq əldə olunmuş layihə - Zəngəzur dəhlizinin bir hissəsidir.
"Zəngəzur dəhlizi bir neçə məqsədə eyni anda nail olmağa imkan verəcək. İlk növbədə, o, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Bu marşrut həmçinin üç onillikdən sonra Ermənistanı və Azərbaycanı birləşdirəcək. Bundan əlavə, o, Asiyadan Avropaya alternativ marşrutlardan biri olacaq. Söhbət Asiya və Avropa arasında ticarət həcmlərinin hər iki istiqamətdə artmasına imkan verəcək mühüm nəqliyyat əlaqəsi halqasından gedir. Biz Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasını istədiyimiz üçün, hər iki tərəf - Bakı və İrəvan - ABŞ-nin vasitəçiliyi ilə bu sülhün bərabər iqtisadi fayda və nəzərəçarpan nəticələr gətirməsi barədə razılığa gəldi. Düşünürəm ki, nəticə etibarilə bu, Ermənistan və Azərbaycan arasında müəyyən iqtisadi qarşılıqlı asılılığa gətirib çıxaracaq və onlar, məncə, vahid iqtisadi məkan kimi fəaliyyət göstərə bilərlər", - o qeyd edib.
Xüsusi nümayəndənin sözlərinə görə, 2025-ci il Bakı və İrəvan arasında münasibətlərdə, daha geniş mənada isə bütün Cənubi Qafqaz üçün dönüş ili kimi tarixə düşəcək.
"Üç onillik münaqişə, rəqabət və qarşıdurmadan sonra Ermənistan və Azərbaycan sülh yaratmağa qərar verdilər. 8 avqust Vaşinqton sammiti liderlərin möhkəm və dönməz sülhə sadiqliklərini təsdiqlədiyi son dərəcə mühüm an oldu. Biz hesab edirik ki, bu, uzunmüddətli münasibətlərin yalnız başlanğıcıdır.
Münaqişənin əsas səbəbi - Ermənistan tərəfinin Azərbaycana ərazi iddiaları - aradan qaldırıldı. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bakı Ermənistan tərəfinə sülh sazişi layihəsi üzərində işə başlamağı təklif etdi. 2 il yarımlıq müzakirələrdən sonra, 2025-ci ilin martında tərəflər sülh sazişi layihəsinin mətnini razılaşdırdılar", - E.Əmirbəyov vurğulayıb.
O əlavə edib, Vaşinqton sammiti zamanı Azərbaycan, Ermənistan və ABŞ liderləri bütün üç tərəfə uğurlu iqtisadi nəticələrə gətirəcək mühüm razılaşmalara nail olublar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 488 Tarix: 13 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabrAzərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
1 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrPensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrBu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
1 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr