Övladın intihara hazırlaşdığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!

Övladın intihara hazırlaşdığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!Zaqatalada özünü asaraq intihar edən 17 yaşlı Gülər İsmayolovanın da adı hər il ölkədə müxtəlif səbəblərdən canına qıyan insanların sihayısına yazıldı. İntihardan öncə Gülərin çəkdiyi qısa vida videosu da üzə çıxdı.

Bu video göstərir ki, o ən azı 1 həftə idi intihar öncəsi bütün fiziki, psixoloji simptomları yaşayır və ətrafa sezdirirdi. Bunu yalnız diqqətli valideyn görə bilərdi, amma görmədilər. Yaxınlar deyir ki, o şən, zarafatcıl qız idi, intihardan öncə də yeyib-içib, danışıb, heç o fikirdə olduğunu biruzə verdirmirdi.

Statistika göstərir ki, intihardan öncə qurbanlar ailəsini və doğmalarını şübhələndirməmək üçün maksimum sakit davranır, rola girir və onları azdımağa nail olurlar.

Sonxeber.az medicina.az-a istinadən bir insanın intihardan öncəki əlamətlərini təqdim edir. Bunlara diqqət yetirin.

1.Əvvəlki enerjisini itirir, səhərlər gec oyanır, gecələr təkliyə çəkilir və 1-2 ay öncə barədə heç bir şey düşünmür, plan qurmur
2.İştahı pozulur, yuxusuz olur, kabus yuxuları görür

3.Özünətənqidi artır, başqalarını tərifləyir, özü ilə müqayisə edib onlar kimi olmadığına görə yalnız özünü suçlayır, günahkarlıq hissi artır, utanır

4.Depressiya - bütün əlamətləri ilə özünü göstərir. Evdən çıxmamaq, heç nəyə baxmamaq, geyimə fikir verməmək, qəmli mahnılar, daim pis əhval, ağlamaq, küsmək, qapanmaq, yüksək nevrozluq, aqressiya. Yaxın rəfiqəsi, dostu ilə belə az ünsiyyətə girir, zəngləşmir, danışmır. Ona görə də intihardan sonra yaxın bilinən dostları sorğu-sual edəndə onlar intihar səbəbini bilmir və intihar edənin son günlərdə onlara heç bir informasiya vermədiyini, dərdini danışmadığını etiriaf edir.

5. İntihara aid mövzularla maraqlanır, informasiya toplanır, intihar alətlərini axtarır, soruşur, ətrafında kiminsə intiharını xatırladıb danışır, hansı ölümün daha sürətli və ağrısız olduğu ilə maraqlanr və s. Uşağın hansı filmlərə, telefonda nəyə baxdığına, nə oxuduğuna diqqət yetirin. Eləcə də bəzi insanlar intihardan öncə əlllərində kağız ya bloknot olduqda qeyri-ixtiyari

6. Bu ifadələri çox işlədir: "Mən daha bacarmıram", "Mənə fətqi yoxdur", "Mən bunu bitirməliyəm", Mən heç kimə lazım deyiləm. İnsanın leksikonunda əvvəl işlətmədiyi bu kimi fikirlər səsləndirirsə, məsələ ciddidir.

7.İnsan elə hərəkətlər edir ki, sanki şüursuzcasına hərəjət edir, düşünmür. Məsələn evdən çıxıb gedir, avtobusa minib tanımadığı yerlərə gedir, metroda sonuncu stansiyaya kimi gedib qayıdır, olduğu yerlərin fərqinə varmır, yaxınlarından kiminsə evinə gedib qalır

8. İntihara yaxın otağını, şəxsi əşyalarını, dolabını yerbəyer edir, qiymətli əşyalarını kiməsə sevdiyi insanlara bağışlayır, hədiyyə edir

9. Fiziki simptomlardan: arıqlama, tənəffüsdə çətinlik, qəddi əyilir, saçlarına, üzünə fikir vermir, gözləri çox vaxt şişmiş olur, ürəkbulanmaları artır

10.Özünə və digərlərinə hörmət hissi itir, köməksizlik, çarəsizlik, hallüsinasiyalar görmək


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1928   Tarix: 02 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel