Yarım il ərzində 150 milyon manat - dövlətin itkisi, yoxsa qazancı? - RƏYLƏR

Yarım il ərzində 150 milyon manat - dövlətin itkisi, yoxsa qazancı? - RƏYLƏR"Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilərkən bir neçə əsas istiqamətlər üzrə nəticələrin əldə edilməsi nəzərdə tutulmuşdu. Bunlardan biri də son nəticədə azadetmənin vətəndaşın sosial rifahına təsirini artırmaq və eyni zamanda vergi yükünü azaltmaqdırsa, ikincisi, əmək bazarında gizli fəaliyyətin və eyni zamanda fərdi sahibkarlıq subyektlərinin gizli fəaliyyətinin rəsmiləşdirilməsi istiqamətində təşəbbüslərin dəstəklənməsidir".

Bunu "Report"a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) eksperti Rəşad Həsənov deyib.

Azərbaycan şərtləri üçün böyük göstərici

Onun sözlərinə görə, burada əsas məsələ vergi yükünün azaldılması yolu ilə əmək fəaliyyətinin leqallığının təmin olunmasıdır: "Çünki paralel olaraq Azərbaycanda məşğulluq strategiyasının tətbiqinə başlanılıb və eyni zamanda "Strateji Yol Xəritəsi"nin özünün hədəfləri var, əmək bazarında, eyni zamanda biznesdə illiqal fəaliyyətlərin miqyasının geniş olması bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsinə bir çağırış formalaşdırır".

Mütəxəssis deyir ki, dünya praktikası göstərir ki, heç bir halda inzibati yollarla bu kimi təşəbbüslərin qarşısını tam almaq mümkün olmur: "Burada paralel olaraq təşviq mexanizmləri də istifadə olunmalıdır. Bu təşviq mexanizmlərindən biri də qeyd etdiyimiz gəlir vergisinə 8 min manata qədər vətəndaşların gəlir vergisindən azad edilməsi məsələsidir. Həmçinin bilirik ki, əmək bazarında xidməti müqavilələr bağlanarkən bir sıra hallarda iki istiqamətli qeyri-qanuni davranışlar müşahidə olunur. Bunlardan birincisi əgər birbaşa olaraq, ümumiyytlə, münasibətlərin qanuniləşdirilməməsidirsə, qeyri-rəsmi formada həyata keçirilməsidirsə, ikincisi, müəyyən qədər güzəştlərdən istifadə etmək məqsədi ilə sahibkarlıq subyektlərinin mövcud dövriyyənin bir qismini gizlətməsidir. Yaxud da əksər hallarda əsas hissəsini gizlətməsi məsələsidir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) eksperti Rəşad Həsənov

"Vətəndaşların sərəncamında qalmış 150 milyon manat il ərzində ünvanlı dövlət sosial yardımı proqramını həyata keçirilməsi üçün ayrılan vəsaitə bərabərdir".

R.Həsənov bildirib ki, bir sıra sektorlar vardı ki, bu sektorlarda fəaliyyət göstərən subyektlər daha çox yüksək xidmət haqqı ilə fəaliyyət göstərirdilər: "Onlara bu güzəştlərin verilməsi öz fəaliyyətlərini qanuniləşdirilməsi üçün daha əlverişli mühit formalaşdırıb. Bu ilin birinci yarısında, təxminən, 150 milyon manata qədər vətəndaşlarda yığım imkanı yaranıb. Yəni vətəndaşların daha çox gəlir əldə etmək imkanı yaranıb".

O qeyd edib ki, Azərbaycan şərtləri daxilində 150 milyon manat kifayət qədər böyük göstəricidir: "Vətəndaşların sərəncamında qalmış 150 milyon manat il ərzində ünvanlı dövlət sosial yardımı proqramının həyata keçirilməsi üçün ayrılan vəsaitə bərabərdir. Yaxud da özünəməşğulluq proqramına ayrılan vəsaitdən 3 dəfə çox vəsaitdir. Bu, vətəndaşların rifahına da öz müsbət təsirini göstərir".

Vergidən azadolmalar da ömür boyu olmur...

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən təsərrüfat subyektlərində (özəl sektorlarda) çalışan insanların 8 min manatadək əməkhaqqının gəlir vergisindən azad olmasına münasibət bildirən Bakı Hesabat Mərkəzinin direktoru, vergi sahəsi üzrə ekspert Mehdi Babayev isə "Report"a açıqlamasında deyib ki, istənilən halda, qanunvericilikdə nəzərdə tutulan azadolmalar və güzəştlər konkret məqsəd daşıyır.

Onun sözlərinə görə, bu azadolmalar da ömür boyu olmur: "Azadolmalar müəyyən stimullaşdırıcı addımdır və məqsədə çatmaq üçün tətbiq olunan metodlardır. Hazırda müəyyənləşdirilmiş meyarlarla neft-qaz sahəsində fəaliyyəti olan və dövlət müəssisə və təşkilatlarında işləyən işçilərin əməkhaqqılarından gəlir vrgisinin tutulmasında ciddi dəyişikliklər yoxdur, yəni ciddi azadolma yoxdur, demək olar ki, əvvəlki qaydada vergilərə cəlb olunurlar. Lakin neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilməsini nəzərdə tutan meyarlara cavab verən təsərrüfat subyektlərinin işəgötürənləri işçilərin 8 min manata qədər əməkhaqqını gəlir vergisinə cəlb etmir. Bu azadolmanın məqsədi daha çox özəl sektorda yayınmanın olması nəzəriyyəsi ilə özəl sektorda gizlədilmiş əməkhaqqılarının rəsmiləşdirilməsinə nail olmaqdır. İlk şərt budur".

Vergi sahəsi üzrə ekspert Mehdi Babayev

"Müəyyən qədər əmək haqları artırıldıqdan sonra çox güman ki, azadolmalara yenidən baxılacaq".

M.Babayev deyir ki, əlbəttə, əməkhaqqıları artırılanda sosial sığorta yığımları da artır: "Vətəndaşların gələcək sosial rifahını maliyyələşdirən tədiyyə məcburi sosial sığorta tədiyyələridir. İnsanlar pensiyaya çıxarkən onların maliyyələşdirilməsində ən çox sosial sığorta yığımı mənbələrindən istifadə edirlər. Gəlir vergisi, adətən, bu rifaha yönələn bir yığm deyil. Gələcəkdə işçilərin qocalıq, əlillik və sosial sahədəki müavinətləri məcburi sosial sığorta yığımlarından qaynaqlanacaq. Düşünürəm ki, bu səbəbdən də gəlir vergisi sosial rifah üçün ciddi bir maliyyə mənbəyi olacağını hesab etmirəm. Əməkhaqqılarından tutulan gəlir vergisinin bütün vergilər içərisində xüsusi çəkisi də çox deyil. Muzdla işləyən işçilərin gəlir vergisinin həddi hazırkı şəraitdə dövlət büdcəsinin formalaşması üçün bir o qədər də sıxıcı deyil. Təbii ki, burada əsas məqsəd əməkhaqqılarının artırılmasıdır. Müəyyən qədər əməkhaqqıları artırıldıqdan sonra, çox güman ki, o meyarlara və azadolmalara yenidən baxılacaq. Ola bilər ki, bu, yenə də tətbiq oluna bilər".

Ekspertin fikrincə burada digər faktorlar da mövcuddur: "İşə götürülənlərin böyük əksəriyyəti dövlət sektorunda çalışırlar. Onların çoxu neft-qaz sektorunda, büdcə təşkilatlarında çalışanlardır. Yəni işə götürülənlərin sayı əmək müqavilələri çərçivəsində daha çox bu sahələrdədir. Bu isə o deməkdir ki, ümumiyyətlə, işçilərin böyük əksəriyyəti gəlir vergisinə cəlb olunur. Hazırda böyük əksəriyyət neft-qaz sahəsində və dövlət sektorunda çalışırlar. Özəl sektorda çalışanların sayı bir o qədər çox deyil. Yəni 8 min manata qədər əməkhaqqının gəlir vergisindən azad olunması ilə əldən çıxmış vergilər nəticəsində dövlət büdcəsi əhəmiyyətli itkilərlə üzləşməyəcək və yaxud da onun büdcəyə maliyyə təsiri azdır və düşünürəm ki, məcəllədə edilən dəyişiklik olduqca düzgün dəyişiklikdir. Özəl sektorda çalışanların sayı daha çox olsaydı belə, vergidən azadolmanın müəyyən qədər dövlət büdcəsinə maliyyə təsiri ola bilərdi. Burada məqsəd, sadəcə, əməkhaqqının "ağardılması"dır, əməkhaqqı məbləğlərinin real göstəricilərini bərpa etməkdir. Bir sözlə yarım il ərzində 150 milyon manat əslində dövlətin itkisi yox, qazancıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 723   Tarix: 06 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

2 may
.

Bu qurumlarda da korrupsiya əməliyyatı keçiriləcək -AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublik

2 may
.

Azərbaycan Ordusunda tank bölmələrinin döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ümumqoşun təlim poliqonunda keçirilən məşğələlər zamanı ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idar

2 may
.

Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mayın 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağı

2 may
.

Ölü tapılan Züleyxa Rəhiminin evindən görüntülər - FOTO/VİDEO

Ötən gün tanınmış xanəndə Züleyxa Rəhimi vəfat edib. xəbər verir ki, o, yaşadığı Kürdəxanı kəndində evində ölü tapılıb. "Elgizlə izlə" verilişinin çəkiliş komandası sənətçinin evinə yollanıb. Xanəndənin qonşuları və nəvəsi onun vəfatı ilə bağlı danışıb. Nəvəsi bildirib ki, Züleyxa Rəhimi qar

2 may
.

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovla Dövlət Əmək Müfəttəişliyi Xidməti arasında qalmaqal yaranıb. Qaynarinfo-ya daxil olan məlumata görə, buna səbəb dövlətə xidmətinin Elnar İmanovu cərimələməsidir. Bildirilir ki, idarə rəisinə İnzibati Xətalar Məcəlləsini

2 may
.

Britaniya Ukraynaya hər il 3 milyard funt-sterlinq hərbi dəstək ayıracaq - XİN rəhbəri

Böyük Britaniyanın xarici işlər naziri David Kemeron Britaniyanın Ukraynaya illik üç milyard funt-sterlinq hərbi yardım göstərəcəyini və bunun "lazım olduğu müddətcə" davam edəcəyini vəd edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə Kiyevə elan olunmamış səfəri zamanı "Reuters" agentliyin

3 may
.

Magistr imtahanında ən yüksək balı o topladı

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda birinci oldu. BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib. Qəhrəma

2 may
.

Hitlerin sağ əlinin evindən vəhşiliyin izləri TAPILDI - FOTO

Adolf Hitlerin sağ əli, Milli Sosialist Alman Fəhlə Partiyasının qurucusu Hermann Görinqin evindən əlləri və ayaqları kəsilmiş insan skeletləri tapılıb. xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən skeletlərdən birinin körpəyə aid olduğu açıqlanıb. Hitlerin hərbi qərargahının bağçasındakı "Qur

2 may