"Qarabağ" Azərbaycan klublarının 100-cü avrokubok qələbəsini qazana bilər

"Qarabağ" Azərbaycan klublarının 100-cü avrokubok qələbəsini qazana bilərÇempionlar Liqasının III təsnifat mərhələsinin bu gün keçiriləcək APOEL - "Qarabağ" oyunu Azərbaycan futbol tarixinə düşə bilər.

Sonxeber.az bildirir ki, Premyer Liqanın son çempionu Kipr səfərində qalib gəlsə, bu, klublarımızın avrokuboklarda 100-cü qələbəsi olacaq.

Yubiley qələbəsinin astanasında olan klublarımız indiyədək 99 dəfə rəqiblərinə qalib gəlib. Bu, keçirilən 338 oyunda qeydə alınıb. Əsas və əlavə vaxtın nəzərə alındığı statistikaya əsasən komandalarımız daha çox Avropa Liqasında (əvvəl UEFA kuboku) sevinib – 67 dəfə. 23 qələbə Çempionlar Liqasına, doqquzu isə İntertoto kubokuna təsadüf edib. Təmsilçilərimiz yalnız Kuboklar kubokunda qalib gəlməyi bacarmayıblar. 99 qələbədən dördü qrup mərhələsinə, qalanları təsnifat mərhələlərində rəsmiləşib.

100-cü qələbəni qazanmaq imkanına malik olan "Qarabağ" yubiley uğurunun müəllifi ola bilməsə, əlamətdar hadisə ən azı ikigünlük təxirə salınacaq. Avqustun 8-də Avropa Liqasında mübarizəni davam etdirən "Neftçi" İsrailin "Bney Yehuda" klubunu qəbul edəcək.

İndiyədək əldə olunan 99 qələbəyə 12 klub imza atıb. "Qarabağ" hamıdan çox – 38 dəfə sevinib.

Qeyd edək ki, Azərbaycan klublarının ilk qələbəsini 1996/97 mövsümündə "Neftçi" qazanıb. Bakılılar Bolqarıstan təmsilçisi "Lokomotiv"i (Sofiya) evdə 2:1 hesabı ilə üstələyiblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1707   Tarix: 06 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qalatasaray"ın keçmiş prezidenti koronavirusdan VƏFAT ETDİ

Türkiyənin məşhur "Qalatasaray" futbol klubunun keçmiş prezidenti vəfat edib. -a istinadən bildirir ki, 84 yaşlı Duygun Yarsuvat müalicə aldığı xəstəxanadan koronavirusdan dünyasını dəyişib

10 sentyabr 2021
.

"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç

12 sentyabr 2021
.

Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk

5 sentyabr 2021
.

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. -a istinadən xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinal

6 sentyabr 2021
.

Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO

Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd

10 sentyabr 2021
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13 sentyabr 2021
.

Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin

15 sentyabr 2021
.

Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak

6 sentyabr 2021
.

MDB Oyunları: Badmintonçumuz qızıl medal qazandı - YENİLƏNİB + FOTO

Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarını

11 sentyabr 2021