Avtomobil ustası işləyən qadın: "Üzümdən zəhrimar tökülür" – FOTO

Avtomobil ustası işləyən qadın: "Üzümdən zəhrimar tökülür" – FOTOOnun zərif çiyinlərində bu dünyanın ikiqat yükü var. Taleyinə həm qadın ömrünün yükünü çəkmək düşüb, həm də bu ömrün halal çörəyini kişi əməy ilə qazanmaq.

Sonxeber.az bizimyol.info-ya istinadən xəbər verir ki, sizə tanıtmaq istədiyim bu zərif və güclü qadın Nüşabə Şərifovadır. Özünə hər qadının cəsarət edə bilməyəcəyi, bəzən elə hər kişinin də bacarmadığı bir peşəni seçib. Maşın ustasıdır, təmirçidir, avtoservisdə işləyir. Onu hər kəs fərqli yönlərdən tanıyır. Mənim üçün şən, dəlisov, ipə-sapa sığmayan, həyat dolu bir qadındır. Olduğu şənliklərin, məclislərin bəzəyidir. Qol qaldırıb rəqsə başladımı hamı tamaşasına dayanr. Elə gözəl, elə sürətli və elə düzgün rəqs edir ki, alıqışlamamaq, heyran olmamaq mümkün deyil. İş yerində isə bir çoxları üçün qaşqabaqlı,özü demiş "üzündən zəhər yağan" bir qadına çevrilir. Ona görə yox ki, xarakteri budur, sadəcə ona görə ki, bizim cəmiyyətimizdə gülərüzlü qadın olmaq asan deyil. Onu hər görəndə yadıma türk filmlərindəki "Şöför Nəbahat" obrazı düşür.

Qadın maşın ustası 1

– Nüşabə, hardan ağlına gəldi ki, maşın ustası olasan?

Avtomobilim var idi, təmir üçün ora-bura aparırdım, nəticələrdən də narazı qalırdım. Düşündüm ki, niyə öz maşınımı özüm düzəltməyim. Beləcə də başladım.

– Bildiyimə görə, ali təhsilin bu ixtisas üzrə deyil.

– Bəli, tibb üzrə oxumuşdum. Görünür bu mənim taleyim imiş. Döşəmə örtüklərinin satışı ilə də məşğul olmuşam. Bundan əlavə qadın sənətim də var. Moskvada dırnaq qaynaq edilməsi üzrə xüsusi kurs keçmişəm, diplomum var, lakin məşğul olmadım.

– Avtomobil təmirçisi olmaq , bu işdə davam etmək sənətini sevdiyin üçündür, yoxsa ?

– Həm sevdiyim üçündür, həm də çörəyimi burdan çıxarıram.

– Qazancın necədir?

– Dolanmaq olur. Bəzən o qədər iş olur gözümüz açılmır, bəzən də boşluq yaranır. Şikayətçi deyiləm.

– Kişi kollektivində kişilər arasında işləyirsən. Çətin deyil?

– Yox, kişilərlə işləmək daha asandır. Bir az xarakterimə də uyğundur əslində.

– Bəs kişi müştərilər çoxdur ya qadınlar?

– Kişi mütərilər çoxluq təşkil edir, çünki qadınlar avtomobili daha səliqəli və ehtiyatla idarə edirlər.

– Avtomobil təmirçisi olacam dedin. Ailən demirmi çətin işdir, qadın sənətindən yapış?

– Yox, əksinə işimlə mən də fəxr edirəm, onlar da.

– Gözəl qadınsan.Avtoservislərə də əsasən kişilər gəlirlər.İltifat edənlər, bəlkə eşq elan edənlər də olur.

– Yox, mən işdə o şəraiti yaratmıram ki, kimsə artıq-əskik söz desin. Üz gözümdən zəhrimar yağır iş görəndə.

Qadın maşın ustası 2

– İş yoldaşlarınla münasibətləriniz hansı şəkildədir. Sənə hansısa güzəştlər olurmu?

– Mən onlardan biriyəm, fərq qoymuruq, bir süfrə arxasında deyib- güldüyümüz də olur, işə görə mübahisə etdiyimiz də.

– Bir şansın da olsaydı, yenidən bu yolu seçərdin yoxsa daha rahat, daha yaxşı bir peşə?

– Mənim üçün qadın və ya kişi sənəti deyə bir ayrım yoxdur. Yenidən şansım olsa yenə işimə davam edərdim. Peşman deyiləm.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1471   Tarix: 09 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Qriplə başlayıb, leykozla bitdi: Bahalı müalicəyə ehtiyacı olan Əli Əhədovun hekayəsi (FOTO/VİDEO)

8-ci sinif şagirdi, həkimlərin ağır qan xərçəngi diaqnozu qoyduğu Əli Əhədovun anası Təranə Aslanova -ın redaksiyasına müraciət edib. Anasının sözlərinə görə, Əli məktəbə və təhsilə çox bağlıdır. Onun vəziyyətini sinif yoldaşları, dostları və müəllimləri dərindən yaşayır, ailəyə bu çətin dövrdə kömə

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr