Ekspert: "İqlim dəyişkənliyi sonrakı illərdə də davam edəcəksə..."

Ekspert: "İqlim dəyişkənliyi sonrakı illərdə də davam edəcəksə..."Dünyada gedən qlobal iqlim dəyişmələrinin əlamətlərini bu il daha aydın müşahidə edirik. İlin aqrometeroloji analizi deməyə əsas verir ki, qış fəslində baş vermiş quraqlıq, fəsilə xarakterik olmayan isti hava kütlələrinin axını ilkin yazda öz yerini kəskin qeyri-sabitliyə vermiş, yaz fəsli kəskin temperatur dəyişmələri, dolu, yağıntıların baş verməsi ilə müşayət olunmuşdu. Aramsız yağışlar nəticəsində ilkin yazda ərik, gilas, alça kimi tez çiçəkləyən ağaclarda tozlanma prosesi tam başa çatmamış, ağacların potensial məhsuldarlığı aşağı düşmüşdü. Son üç gündə havaların kəskin dəyişməsi də yay fəslinə xarakterik deyil, bu cür qeyri-sabit hava şəraiti nadir hadisə kimi qiymətləndirilə bilər.

Sonxeber.az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, illər üzrə meteroloji təhlillər göstərir ki, qışda temperatur ampilitudlarının yüksək, yayda isə aşağı düşməsi iqlim amilləri ilə birbaşa əlaqəli olan kənd təsərrüfatı bitkiləri üçün müxtəlif risk və stres amilləri yaradır. Belə görünür ki, illər üzrə bitkilər üçün stres faktorları daha da güclənməkdədir.

Son günlər baş verən yağıntılar meyvəçilik üzrə ən mənfi təsirlərini üzüm bağlarına göstərə bilər. Üzümçülük, xəstəlik və zərərvericilərə sirayətlənmə baxımından meyvəçilikdə ən zəif bitki sayıla bilər. Temperaturun qəflətən aşağı düşməsi üzüm tinglərində su və metobolizm balansını pozur, məhsulun keyfiyyət göstəricilərinə - şəkərlilik və turşululuğuna mənfi təsir göstərir. Yağıntıların baş verməsi üzümçülükdə təhlükəli xəstəlik olan "boz çürümə" xəstəliyinin yayılmasına münbit şərait yaradır. Suvarılmayan sahələrdə, dəmyə əkinlərində yağış yağması nəticəsində gilələrdə partlama əmələ gəlir və nəticədə məhsulun əmtəə görünüşü korlanır, fermerə iqtisadi ziyan dəyir.

Nicat Nəsirli deyib: "Bu cür qeyri-sabit iqlim amillərinin baş verməsi meyvədə yetişmə dinamikasının pozulması ilə müşayət olunur. İyul-avqust-sentyabr ayları meyvədə şəkər toplama, vegetasiyanın başa çatması dövrü olduğu üçün temperatur sabit olmalı, gecə-gündüz temperaturu arasında ampilitut normal həddə tərəddüd etməlidir. Gündüzlər kəskin isti, axşamlar isə soyuq olması, o cümlədən gündüzlə gecə temperaturu arasında fərqin az olması yetişməyə mənfi təsir göstərir. Bu cür hallar daha çox üzüm, əncir, nar meyvələrinə aiddir. Nəticədə adıçəkilən meyvələr öz bioloji xüsusiyyətlərinə uyğun olaraq vaxtında yetişməyəcək, bağlarda kütləvi gecyetişmə prosesi müşayət olunacaq".

Yay aylarında yağıntıların düşməsi alma, armud kimi meyvələrin xarici səthində kiçik zədələnmələr əmələ gətirir ki, bu zədələr sonradan havaların qızması nəticəsində çürüntü bölgəsi əmələ gəlir və məhsulun böyük hissəsi bağdaca itirilir. Bu barədə danışan ekspert bildirib ki, yalnız düzgün aqrotexniki qulluq göstərilmiş, zərərverici və ziyanvericilərə qarşı sistemli mübarizə aparılmış bağlarda bu zədələr fəsada yol açmır, ağacın qüvvətli immuniteti sayəsində zədələr qısa vaxtda aradan qalxır. Tədbirlər aparılmayıbsa, bağ xəstəliyə sirayətlənibsə, yağışların əmələ gətirdiyi zədələr irihəcmli itkilərə aparıb çıxarır.

Həmsöhbətimiz qeyd edib ki, meyvəçiliklə məşğul olan fermerlər yay aylarında düşən yağıntılardan sonra sahələrdə aktivləşən "qırmızı gənə"nin hərəkətini və göbələk xəstəliklərini nəzarətdə saxlamalı, on gündən bir bağlarda kimyəvi mübarizə tədbirləri həyata keçirməlidirlər.

Qeyri-sabit hava şəraitində tərəvəzçilik istiqaməti üzrə əsas diqqət açıq sahədə əkilmiş pomidor şitillərinə yönəlməlidir. Pomidorun "avqust-sentyabr xəstəliyi" adlandırılan fitovtora nəm havaların, axşamlar soyuq, gündüzlər isə kəskin istilərin təsiri ilə sahəni bürüyür, nəticədə barın yuxarı hissəsində qaralma əmələ gəlir və çürümənın əhatə dairəsi genişlənərək məhsulun zay olmasına gətirib çıxarır. Torpaq adamları məhz bu iki ayda pomidor sahələrini fitovtoranın mənfi təsirlərindən qorumalıdırlar.

Əkinçilikdə - mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çugunduru sahələrində güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti bar orqanlarının zədələnməsinə, tam qırılmasına gətirib çıxarır ki, bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır.

Onun sözlərinə görə, son becərmə işləri gedən pambıqçılığa yağıntılı havaların mənfi təsiri yoxdur. Qozalar hələki çiçəkləmə dövrünü başa çatdırmadığı üçün nəm havalar lifin keyfiyyətinə mənfi təsir göstərə bilməz. Yalnız normativlərə uyğun əkilməyən, sıx səpilmiş sahələrdə nəmlik nəticəsində göbələk xəstəliyi formalaşa bilər ki, bunu da seyrəltmə aparmaqla aradan qaldırmaq lazımdır.

Heyvandarlıq yeganə sahədir ki, belə havalar iri və xırdabuynuzlu heyvanlarda, eyni zamanda, quşçuluqda idealdır. Bu barədə də məlumat verən Nicat Nəsirli bildirib ki, heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, daha iştahla yeyir və özünü bir növ komfort hiss edir. Heyvandarlığın ən həssas sahəsi olan arıçılıq üçün də avqust yağıntılarının mənfi təsiri yoxdur. Əksinə, balvermə dövrü başa çatdığı üçün arıların qüvvəli yem bazasına ehtiyacı var, yağışlar nəticəsində təbiət canlanır, bitkilərdə erkən inkişaf baş verdiyi üçün arılar üçün nektarin bazası güclənir.

"İqlim qeyri-sabitliyi bundan sonrakı illərdə də davam edəcəksə, pereventiv tədbirlərin həyata keçirilməsi vacibdir. İstehsalçılar əkin materiallarının keyfiyyət göstəricilərinə diqqət yetirməlidirlər. Təsadüfi əldə olunmuş, sort və bioloji xüsusiyyətləri təsdiqlənməmiş toxum və tinglər əkinlərdə tətbiq edilməməlidir. Əkinçilikdə yerli iqlimə uyğnlaşmış, stres amillərinə (quraqlıq, soyuq, xəstəlik və s.) dözümlü toxum və tinglərdən istifadə olunmalıdır. Bununla bərabər, bitki mühafizə tədbirlərinin texnoloji xəritəyə uyğun həyata keçirilməsi ilə potensial məhsuldarlıq qorunmalıdır", - deyə ekspert əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2672   Tarix: 10 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb avtobusunda inanılmaz hadisə - Sürücünün narkotika testi pozitiv çıxdı - VİDEO

Antalyada polis məktəb avtobusu sürücüləri üçün narkotik və spirt testləri keçirən zaman inanılmaz olayla rastlaşıb. -a istinadən xəbər verir ki, sürücülərdən birinin narkotik testi pozitiv çıxıb. Alınan nümunədə narkotik maddəsi "amfetamin" olduğu təsbit edilən sürücü ilə əlaqədar araşdırm

15 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021
.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021