Məşhur iş adamı ilə bağlı 60 min dollarlıq QALMAQAL

Məşhur iş adamı ilə bağlı 60 min dollarlıq QALMAQAL"Tanınmış iş adamı Kəbirə Məmmədova məndən aldığı 60.000 dolları qaytarmır".

Sonxeber.az xəbər verir ki, bu haqda "Yeni Sabah"a müraciət edən iş adamı Elsevər Abdullayev bildirib ki, məsələ ilə bağlı ölkə prezidentinə də şikayət edib.

"Yaxınlarımdan borc alıb bir yerə topladığım 60.000 Amerika dollarını Kəbirə Məmmədovaya verib onunla müddətsiz müqavilə imzalayaraq hər biri 23 kvadratmetr sahəni əhatə edən 2 anbar almışdım.

Lakin Kəbirə Məmmədova mənə elə yerdən anbar vermişdi ki, ora ildə bir dəfə insan ayağı dəymirdi. Mən elə ilk günlərdən buna öz ciddi etirazımı bildirərək ya anbarların yerlərini dəyişdirməyi ya da pulumun qaytarılmasını tələb etməyə başladım. Lakin Kəbirə Məmmədova bu günə qədər nə pulumu qaytarır, nə də anbarların yerini dəyişdirir".

E. Abdullayev deyir ki, o Kəbirə Məmmədovanın qəbulunda olub və ona bildirib ki, 60.000 dolların yarısını, yəni 30.000 dollarını hər ay 500 manat verməklə hissə-hissə qaytaracaq: "Təbii ki, onun bu gülünc doğuran şərti məni razı salmadığından onunla görüşmək üçün dəfələrlə qəbuluna getmək məcburiyyətində qalmışam. Amma ya qəbul etmir, ya da qəbul edib ən nalayiq söyüşlərlə təhqir edir, həbslə hədələyir və respublikanın ən zəhmli, nüfuzlu rəhbərləri ilə dost, qohum olduğunu dilə gətirir.

Yoxsulluq, rəzalət, üstəgəl külli miqdarda borclarım, anamın, həyat yoldaşımın onkoloji xəstəlikləri, digər sosial problemlər bu yandan da Kəbirə Məmmədova".

Ölkə rəhbərliyinə müraciət edən şikayətçi müraciətinin xüsusi nəzarətə götürülməsini, 60.000 dolları pulunun geri qaytarılmasını xahiş edib.

Məsələ ilə bağlı Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov "Yeni Sabah"a açıqlama verib. O, bildirib ki, həmin şikayətçi şəxsin probleminin həlli ilə bağlı hazırda iş aparılır: "Orada məbləğ bir qədər çox göstərilir, həmin 60 min dolları kimə verdiyi bəlli deyil. Hazırda bununla bağlı iş gedir və ona kömək etməyə çalışırıq. Yerinin dəyişdirilməsi və həmçinin pulunun geri qaytarılması təklif olunub. Yəqin ki, yaxın zamanda bu məsələ həll olunacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1674   Tarix: 14 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel