2 nəfərin ölümünə səbəb olan "cərrah" Siruz Qoçqani ilə bağlı YENİ GƏLİŞMƏ - FOTO

2 nəfərin ölümünə səbəb olan "cərrah" Siruz Qoçqani ilə bağlı YENİ GƏLİŞMƏ - FOTOAzərbaycanda 2 pasiyenti cərrahiyyə masasında dünyasını dəyişən Sirus Qoçqani ilə bağlı maraqlı gəlişmə var. Onun köməkçisi və həyat yoldaşı ictimai vəkil Samir Zeynalova hədə mesajları yollayır, özü isə sertifikasiya şəhadətnaməsi ilə bağlı sualları cavablandırmaqdan yayınır.

Bu ilin mayında Sirus Qoçqaninin bıçağı altında, əməliyyat masasında Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişib. "Baku Medikal Plaza"da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını suçlulandırıblar. Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altında dünyadan köçən ilk pasiyent deyil. Bundan əvvəl, 2017-ci ilin iyununda Sirus Qoçqaninin liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdi.

Sona Gürgün Vəliyevanın ailəsinin nümayəndəsi olan Samir Zeynalov deyir ki, hər iki ölümlə nəticələnən əməliyyatdan əvvəl əməliyyatların keçirilməsinə əks göstəriş olub. Üstəlik, pasiyentləri əməliyyatın təhlükəsizliyinə inandırmaq üçün Sirus Qoçqaninin köməkçisi videolar da paylaşır. Həmin videolardan birini də ictimai vəkil redaksiyamıza təqdim edib. Bundan başqa, Samir Zeynalov Sirus Qoçqaniyə sosial şəbəkələr üzərindən ünvanlanan ittihamlarla bağlı məlumatları da redaksiyamızla bölüşüb. Həmin məlumatları da oxucularımıza tədqim edirik.

İctimai vəkil deyir ki, Sirus Qoçqaninin özü haqda açıqladığı məlumatlar şübhəlidir: "Təhsili, harada çalışması ilə bağlı qeydləri var. Yazır ki, İranda bir klinikada çalışıb - Kuhenur. Araşdırdım, elə bir klinika yoxdur. Digər tərəfdən qeyd edib ki, bir ilin ərzində həm Bakıda, həm də İranda çalışıb. Bu necə olub? O da bilinmir".

Samir Zeynalov Sona Veliyeva Gürgünün əməliyyatından əvvəl əks göstərişlərin olmasını xüsusi olaraq diqqətə çatdırıb. Sitat: "Sona Veliyeva Gürgün 08.12.2018-ci il tarixdə və eləcə də əməliyyatdan bir müddət öncə "Baku Medical Plaza"da ürəyin "Sutkalıq Holter EKQ" müayinəsindən keçib. 08.12.2018-ci il tarixdə ürəyin kardioloji müayinəsinə əsasən Sona Veliyeva Gürgündə "19 Sinus taxikardiya epizodu, eləcə də 99 bradikardiya epizodu" qeydə alınıb. Bu kardio-patoloji faktlar isə Sona Veliyeva Gürgündə aritmiya xəstəliyinin olmasını təsdiq edir. Aritmiya - normal ürək ritminin müntəzəmliyi və ya tezliyinin, həmçinin ürəyin elektrik keçiriciliyinin istənilən pozulmasıdır... Göründüyü kimi, əməliyyat üçün kifayət qədər əks göstərişlərin mövcud olmasına baxmayaraq, "Baku Medical Plaza"nın "həkimi" Sirus Qoçqani mərhumə Sona Veliyeva Gürgünü həyatı ilə risk edərək nəticədə onun dünyasının dəyişməsinə baiskar olub". (aznews.az)
2 nəfərin ölümünə səbəb olan "cərrah" Siruz Qoçqani ilə bağlı YENİ GƏLİŞMƏ - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3366   Tarix: 15 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021