Azərbaycanın ən çox ixrac və idxal etdiyi məhsullar - YENİ SİYAHI

Azərbaycanın ən çox ixrac və idxal etdiyi məhsullar - YENİ SİYAHI2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, 103 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16 866,2 milyon ABŞ dolları, o cümlədən, ixracın dəyəri 9850,6 milyon dollar, idxalın dəyəri 7015,6 milyon dollar təşkil edib.

Nəticədə, 2835,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə, xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,2 faiz, o cümlədən idxal 50,5 faiz artmış, ixrac 1,4 faiz azalıb. Real ifadədə isə dövriyyə 6,5 faiz, o cümlədən idxal 19,6 faiz, ixrac 0,4 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 28,1 faizini İtaliya, 12,4 faizini Türkiyə, 6,9 faizini Çin, 6,3 faizini Hindistan, 5,7 faizini Almaniya, 5,5 faizini İsrail, 4,3 faizini İspaniya, 3,8 faizini Rusiya, 3,3 faizini Çexiya, 3,2 faizini Gürcüstan, 2,6 faizini Fransa, 2,3 faizini Birləşmiş Krallığa, 15,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,4 faizi İsveçrə, 14,3 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,4 faizi Çin, 5,9 faizi ABŞ, 5,6 faizi Kanada, 4,7 faizi Almaniya, 4,1 faizi İran, 3,1 faizi Ukrayna, 2,9 faizi Avstraliya, 2,5 faizi İtaliya, 1,9 faizi Fransa, 1,8 faizi Qazaxıstan, 20,7 faizi isə digər ölkələrlə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-iyun aylarında ölkədən 979,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 15,7 faiz, real ifadədə isə 11,1 faiz çoxdur.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (36,3 faiz), Türkiyəyə (21,8 faiz), Gürcüstana (8,7 faiz), İsveçrəyə (7,5 faiz), İtaliyaya (3,1 faiz), Ukraynaya (2,4 faiz), Yunanıstana (1,8 faiz), İrana (1,8 faiz), Çinə (1,7 faiz) və Almaniyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 3,1 faiz, təzə meyvə - 31,3 faiz, şəkər - 22,3 faiz, tütün - 1,9 dəfə, meyvə və tərəvəz şirələri - 37,9 faiz, meyvə və tərəvəz konservləri - 10,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 34,5 faiz, pambıq lifi - 2,9 dəfə, polietilen - 1,1 faiz, pambıq ipliyi - 50,3 faiz, qara metallardan yarımfabrikatlar - 2,3 dəfə, bentonit gili - 11,1 faiz artmış, kartof ixracı isə 7,4 faiz, çay - 1,6 faiz, bitki yağları - 35,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 27,3 faiz, emal olunmamış alüminium - 12,4 faiz, qara metallardan borular - 80,8 faiz azalıb.

2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında buğda idxalı 7,0 faiz, təzə meyvə - 2,4 faiz, xam şəkər və şəkər - 2,5 dəfə, bitki yağları -0,9 faiz, çay - 1,7 faiz, kartof - 13,6 faiz, quş əti və onun əlavə məhsulları - 14,0 faiz, mal əti - 8,8 faiz, təzə tərəvəz - 39,2 faiz, minik avtomobilləri - 2,0 dəfə, polad prokatı - 3,6 faiz, mineral gübrələr - 10,5 faiz, hesablama maşınları, blok və qurğuları - 23,6 faiz, məişət kondisionerləri - 1,9 dəfə, mebellər - 11,9 faiz, rezin şinlər - 5,8 faiz, polietilen - 15,1 faiz, yük avtomobilləri - 1,6 dəfə, paltaryuyan maşınlar - 1,2 faiz, qara metallardan künclüklər - 24,8 faiz, avtobuslar - 1,7 dəfə artıb, siqaret idxalı isə 41,6 faiz, kərə yağı, digər süd yağları və pastaları - 2,4 faiz, qara metallardan borular - 2,3 faiz, qara metallardan çubuqlar - 5,3 faiz, sement və sement klinkerləri - 32,7 faiz, məişət soyuducuları - 9,9 faiz azalıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 594   Tarix: 16 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda komanda meydana iki qapıçıyla çıxdı

"Şəki Siti" II Liqada meydana iki qapıçı ilə çıxıb. xəbər verir ki, 26-cı turu çərçivəsində baş tutan "Şəki Siti" - "Göygöl" qarşılaşmasında (2:1) ev sahibləri heyət sıxıntısı ilə üzləşib. Şəki təmsilçisi matça cəmi bir ehtiyat oyunçu ilə qoşulub. Heyət qıtlığı səbəbində

11 may
.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur"

"Ulu öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib. Dövlətimizin başçısı qey

10 may
.

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır - YENİLƏNİB+FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndərin əziz xatirəsini dərin ehtiraml

10 may
.

Prezident İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu n

10 may
.

PA-nın rəhbəri: İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır

2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. "Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevi

10 may
.

Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir. xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub. Həlak olan digə

11 may
.

Son dörd ayda Azərbaycanda 15 mindən çox şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə əlillik təyin edilib. Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 7,1 min şəxsə ilkin, 8,8 min şəxs

10 may
.

İlham Əliyev: Azərbaycana nifrətlə yaşayan dairələr hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq

Biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərl

10 may
.

WUF13-də Startap Pavilyonu təqdim olunacaq

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq

11 may