Nazirlik Nabranda törədilən DƏHŞƏTLİ QƏTLLƏ bağlı məlumat yaydı

Nazirlik Nabranda törədilən DƏHŞƏTLİ QƏTLLƏ bağlı məlumat yaydıDaxili İşlər Nazirliyi Xaçmaz rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Sonxeber.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 15-də Xaçmaz rayonunun Nabran qəsəbəsinə bitişik Dalğalı kəndi ərazisində Bakı şəhər sakini Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində həmin gün qeyd edilən kəndin ərazisində T.İbrahimovla Nabran qəsəbə sakini T.Mürsəlov arasında münaqişə baş verməsi və sonuncunun daşla onu vurub qətlə yetirməsi müəyyən edilibr.

Qəsdən adam öldürməkdə şübhəli bilinən T.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə   Baxılıb: 1664   Tarix: 16 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR