"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdı

"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdıXəbər verdiyimiz kimi Məhərrəmlik ayı sentyabrın 1-i daxil olur. Məhərrəm ayının 10-cu günü, yəni Aşura isə sentyabrın 10-na təsadüf edəcək. Bu ayın əməlləri və hadisələri, İmam Hüseynin şəhidlik zirvəsi hər bizimizə məlumdur. Məhərrəmlik mərasimləri İmam Hüseynin şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri adətən məscidlərdə, ibadət ocaqlarında təşkil olunur.

Məhərrəmlik ayının müstəhəb əməllərini müasir günümüzlə əlaqələndirsək ən çox insanlar nələrə daha çox əməl etməlidirlər?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli bildirib ki, məhərrəmlik ayında müstəhəb əməllər savab işlərlə yadda qalır.Yaşlı adamlar, ehtiyacı olan insanların yanında olmaq, sosial paylaşma, ölənlərimizi ziyarət etmək önəmli əməllərdəndir. Ümumiyyətlə məhərrəmlik sözünün mənası haram ay deməkdir. Bu ayda savaşların, müharibələrin haram olduğu qeyd olunur. Məhərrəmlik ayı hünər, şücaət və qeyrət məktəbidir. Məhz İmam Hüseynin bu məktəbindən bəhrələnmişik. Mən hər zaman demişəm ki, Qarabağın azadlığı Kərbəladan keçir. Yəni Kərbəlada İmam Hüseyn öz şücaət və kişiliyini ortaya qoydu. Haqq və ədalət yolunda 72 nəfərin 30 min qoşunun qarşısında dayanması böyük bir güc və Allaha olan bağlılığın bariz nümunəsi idi".

Bundan əlavə Hacı Surxay Məmmədli vurğulayıb ki, zəncir rəmz mənasını daşıyır: Yəni zəncirvurmanın mənası zülmdən azad olmaqdır. Təbii ki, dünya dəyişir. Dünyada inteqrasiyalar gedir və 14 əsr bundan əvvəl olan hadisəni təkrar etmək düzgün olmaz".

Hacı Surxay Məmmədli zəncirvurmanın müasir dönəmimizdə qavermə aksiyası ilə əvəzləndiyini söyləyərək bunun əsasən sovet dönəmində baş verdiyini, bu gün isə bu əməlin heç bir halda bəyənilmədiyini və qəbul olunmadığını vurğulayıb:" Qeyd edək ki, artıq 10 ilə yaxındır ki, Qafqaz Musəlmənaları İdarəsinin verdiyi fətva nəticəsində bu hallar qanvermə aksiyaları ilə əvəzlənib. Hətta əcnəbilər də 4 ildir ki, qanvermə aksiyalarında iştirak edir. Bu da təbii ki, tolerant mühitdən və İmam Hüseynin məktəbinə olan maraqdan irəli gəlir".

Həmçinin Hacı Surxay Məmmədli qeyd edib ki, o biri illərdə bir məsciddə 500 adam qan verirdisə, keçən il bu rəqəm 4000-ə qədər yüksəlib: "Bu gün dünya məntiq üzərində qurulub. Etiraz etməkdənsə bir yerə yığılıb İmam Hüseynin fədai məktəbini anlatmaq lazımdır. Uşaqların məscidə gəlməsində heç bir yaş məhdudiyyəti yoxdur. Keçən il Aşura məktəb zamanına düşdüyünə görə xüsusi bir fətvada uşqların məsciddə gəlməsi məqsədəuyğun olmadığı vurğulandı. Çünki, uşaqlar təhsildən uzaqlaşırlar. Bu il Aşura məktəb vaxtına düşmədiyi üçün valideynlərin uşaqlarını məscidə gətirməməsinə heç bir səbəb yoxdur. Əgər uşaq gəlib orda baş yarmağı görmürsə, sivil şəkildə maarifləndirilirsə nə xoş bizə ki, vətənpərvərliyi məhz Aşura günündə təbliğ edirik".
Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1949   Tarix: 23 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel