Səfirlik: "Böyük Britaniya Ermənistana snayper tüfəngi satmayıb"

Səfirlik: "Böyük Britaniya Ermənistana snayper tüfəngi satmayıb"Böyük Britaniya ixracatda çox ciddi lisenziya siyasəti yürüdür və Dağlıq Qarabağ münaqişəsindəki tərəflərə silah satışı ilə bağlı ATƏT-in sanksiyalarını yerinə yetirir.

Bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyindən bildiriblər.

Ermənistan KİV-ində bu ölkənin xüsusi təyinatlıları tərəfindən "Accuracy International"a aid snayper tüfənglərinin istifadə olunması nümayiş etdirilib.

Bu məsələni şərh edərkən səfirlikdən vurğulayıblar ki, Britaniya Ermənistana snayper tüfəngi satmayıb. 2012-ci ildə Böyük Britaniyadan Fransaya ixrac lisenziyası üzrə 2 snayper tüfəngi satılıb, sonradan bu tüfənglər Fransadan Ermənistana ixrac olunub və silah sərgisində nümayiş etdirilib.

"Accuracy International" Birləşmiş Krallıqda odlu silah istehsalçısıdır. Şirkət "Accuracy International Arctic Warfare" markalı snayper tüfəngləri silsiləsinin istehsalı ilə məşhurdur.

Səfirlikdən əlavə ediblər ki, Ermənistan KİV-ində yayılan videodakı tüfənglər eyni modeldir, lakin onların sərgidəki tüfənglər olmasına dair bir sübut yoxdur./trend


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 510   Tarix: 25 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TÜRKSOY-un Baş katibi: Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir

Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir. "Report"un Ankara Bürosu xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət edərkən deyib. Onun sözlərinə görə, şair bütün Türk dünyasının birlik rəmzidir

5 may
.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

Rəsmi Bakıdan sərt AÇIQLAMA: "Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"

29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik". xəbər verir ki

30 aprel
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

4 may
.

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, ölkəmizi

6 may
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

29 aprel
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may