Yeni tədris ili və işləməyən işıqforlar tıxac "vəd edir" - AÇIQLAMA

Yeni tədris ili və işləməyən işıqforlar tıxac "vəd edir" - AÇIQLAMAPaytaxt küçələrində səhər və axşam pik saatlarda nəqliyyatın hərəkətində ciddi sıxlıqlar müşahidə edilir. Sıxlıq xüsusilə "20 Yanvar" dairəsi, Üçüncü mikrorayon dairəsi, Heydər Əliyev prospekti, Biləcəri dairəsi və bir sıra ərazilərdə daha çox qeydə alınır.

Yaranan sıxlığın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov cavablandırıb.

O bildirib ki, paytaxt ərazisində müşahidə edilən sıxlığın əsas səbəbi sürücülərin Dövlət Yol Polisi əməkdaşının köməyi olmadan yol hərəkəti qaydalarının tələblərinə uyğun hərəkət etməmələridir.

V.Əsədov sıxılığın digər səbəbinin yeni tədris ilinin yaxınlaşması ilə əlaqəli olduğunu qeyd edib:

"Bu gün paytaxt ərazisində güclü tıxac müşahidə edilmir. Mərkəzi küçə və prospektlərdə yaranan sıxlıq, əsasən, dairəvi hərəkət olan yollarda, küçələrin kəsişməsində, işıqforlarla tənzimlənən və tənzimlənməyən küçələrdə müşahidə edilir.

Bundan başqa, təhsil müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda da süni sıxlığın yaranma ehtimalı var. Bunun səbəbi dayanma-durma tələblərinin pozulmasıdır. Baxmayaraq ki, bu təlimatla bağlı hər gün təhsil ocaqlarının yerləşdiyi ərazilərə bitişik küçə və yollarda polis əməkdaşları nəqliyyatın hərəkətinə nəzarət etməyə çalışır, həmin ərazilərdə dayanma-durma tələblərinin pozulması böyük narazılığa səbəb olur.

Bununla bağlı paytaxtın bir neçə küçəsinin, o cümlədən, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində "sarı tor" çəkilib. Belə ki, tor "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. Artıq bu tədbirin yollarda nəqliyyatın hərəkətini yaxşı istiqamətə dəyişdiyinin şahidi oluruq. Bu tədbirlərin artırılması planlaşdırılır".

Tez-tez sıradan çıxan işıqforlar da yollarda yaranan sıxlığın səbəblərindən biridir. DYP sözçüsü belə hallarda sürücülərin yolun sağ istiqamətindən gələn nəqliyyat vasitəsinə üstünlük verməklə hərəkətə davam etməli olduqlarını deyib:

"Olmamalıdır, amma texniki nasazlıq səbəbindən bəzən belə hallar müşahidə edilir. Amma qısa zamanda yaranan texniki nasazlıq aradan qaldırılır. Bunu faciəyə çevirmək lazım deyil. Sürücülər həmin ərazidə qoyulan yol nişanlarına uyğun şəkildə hərkətlərini davam etdirməlidirlər.

Bu kimi məqamlar sürücüləri çaşdırmasın. Əgər həmin yolda hərəkəti nizamlayan yol nişanları yoxdursa, yolun sağ tərəfi ilə hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verməklə, yola davam etməlidirlər. Əgər yol kəsişmələrində sıxlıq və ya tıxac yaranıbsa, sürücü hərəkət edərkən kəsişmənin ortasında qalmamaq üçün işıqforun tələbindən asılı olmayaraq, yolayrıcına girməməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 822   Tarix: 10 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel