Günü 30-40 manata olan evlərdə NİKAH KAĞIZI tələbi
Son illər Azərbaycanda turizm sahəsində inkişaf prosesi gedir.
Ölkəmizə dünyanın müxtəlif yerlərindən turistlər cəlb olunur. Paytaxt Bakı və rayonlarımıza yüzminlərlə insan səyahət edir. Bu, Azərbaycanın tanınması tərəfindən sevindirici haldır.
İnkişaf olduğu yerdə problemlər də ortaya çıxır. Əsasən də işbazlar əlavə gəlir əldə etsinlər deyə qanunsuz yollara əl atırlar. Son illər bunun ən bariz nümunəsi evlərin günlük olaraq kirayə verilməsidir. Doğrudur, hər kəs öz mənzilini istədiyi kimi istifadə etməkdə azaddır. Lakin məsələ xidmət proseduru olduqda işlər dəyişilir. Bu məsələnin xüsusi normativlərinə əməl etmək lazımdır.
Hazırda paytaxt Bakıda və regionlarda günlük kirayə evlər tapmaq asan məsələdir. Hətta istənilən onlayn alğı-satqı saytında bu barədə elanlar görə bilərsiniz. Lakin əlaqə saxladıqda ya əcnəbi vədəndaşlara verildiyi deyiləcək, ya da hər hansısa evlilik sənədi istəniləcək.
Günlük evlər sadəcə yerli sakinlərə problemlər yaratmır. Əcnəbi vətəndaşlar da həmin şəxslərdən şikayətçidirlər. Belə ki, normalda bazar dəyəri 30-40 AZN olan evləri turist istəyən kimi qiyməti qalxır dağ başına.
Ümumiyyətlə, belə evlər üçün ümumi qanunlar varmı? Həmin kirayə yerlərini nəzarətə götürmək oları?
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov redaktor.az-a açıqlamasında həmin evlər üçün xüsusi tədbirlər görülməli olduğunu bildirib:
"Azərbaycan son illərdə turizm sahəsində çox irəliləyib. Hazırda ölkəmizdə müxtəlif ölkələrdən yüzminlərlə turist bura səyahət edir. Bu artımdan işbazlar xüsusi istifadə edirlər. Mənə də günlük evlər barədə müxtəlif şikayətlər edilib. İnsanlar öz mənzillərini turistlərə baha qiymətə verirlər. Lakin həmin şəxslər bilmirlər ki, öz evlərini günlük icarəyə verdikdə müəyyən məsuliyyətləri də yerinə yetirməlidir. Həmin yerlərə xüsusi sanitariya nəzarəti olmalıdır. Təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Evlərini verib, pulu almaqla iş bitirmir. Ev sahibləri icarədarların səhhəti, sağlamlığına nəzarət etməlidirlər. Sabah həmin yerdə yaşayan şəxsin başına iş gəlsə, bundan mənzil sahibləri məsuliyyət daşıyır.
Xüsusi orqanlar bu məsələyə ciddi nəzarət etməlidirlər. Bəzən turistlər də həmin evlərdən başqa məqsədlər üçün istifadə edirlər. Bu, yolverilməz haldır. Bu tip hallar mentalitet baxımından da normal qiymətləndirilmir. Bu baxımdan, evlərini kirayə verən vətəndaşlar diqqətli olmalıdırlar. Hər şey, pul qazanmaq ibarət deyil. Yerli vətəndaşların da bu evlərdən bacardıqca az istifadə etmələri məsləhətdir. Yuxarıda qeyd etdiyim kimi, həmin yerlədə anti-sanitar şərait olur. Burada müxtəlif xəstəliklər tapa, yaxud müxtəlif qəzaların qurbanı ola bilərlər".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 2227 Tarix: 10 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşYeni tədris ili və işləməyən işıqforlar tıxac "vəd edir" - AÇIQLAMA
Paytaxt küçələrində səhər və axşam pik saatlarda nəqliyyatın hərəkətində ciddi sıxlıqlar müşahidə edilir. Sıxlıq xüsusilə "20 Yanvar" dairəsi, Üçüncü mikrorayon dairəsi, Heydər Əliyev prospekti, Biləcəri dairəsi və bir sıra ərazilərdə daha çox qeydə alınır. Yaranan sıxlığın qarşısını alma
10 sentyabr 2019Allahşükür Paşazadə qan verdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam, Hacı Allahşükür Paşazadə və ailə üzvləri Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib. -ın məlumatına görə, qanvermədə QMİ sədri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputat Səmə
10 sentyabr 2019Əli Həsənov: "İşə gələrkən yolda onu dinlədim, zövqümü oxşadı"
"Zənnimcə, "Nəsimi ili"nə gözəl töhfələrdən birini də "Youtube" kanalındakı hesabına yerləşdirdiyi son bəstəsi ilə soydaşımız, Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusif verdi. Onun "Şur" muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi "Nəsimi"
10 sentyabr 2019Xorvatlar Bakı metrosunda səs-küy qopardı – VİDEO
Dünən Azərbaycan yığmasının Xorvatiya ilə qarşılaşmasından əvvəl Bakı metrosunda maraqlı anlar yaanıb. Bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, oyundan öncə stadiona gedən Xorvatlı azarkeşlr Bakı metrosundan istifadə ediblər. Azarkeşlər qatarda qələb
10 sentyabr 2019Prezident təqaüdü alacaq tələbələr bu universitetləri seçib - SİYAHI
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksə
10 sentyabr 2019İki rayonun qaz təchizatında fasilə olacaq
Sentyabrın 10-da səhər saat 12:00-dan etibarən Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Gün ərzində "Zabrat-2", Bilgəh qəsəbələri, eləcə də, Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində d
10 sentyabr 2019Müəllimlərin dərs yükü ilə bağlı vacib - QƏRAR
Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixl
10 sentyabr 2019Eldar Əzizov bağçalarla bağlı sərəncam verdi
Paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətini
10 sentyabr 2019Reklam Saat 9-dək 233 litr qan tədarük edilib - Nazirlik
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, aksiyalar səhər 9:00-dan başlanıb
10 sentyabr 2019