Dubayın ən varlı uşağının DƏBDƏBƏLİ HƏYATI - FOTOlar

Dubayın ən varlı uşağının DƏBDƏBƏLİ HƏYATI - FOTOlarBir çoxları 17 yaşlı bu yeniyetmənin gözqamaşdıran zənginliyinə həsəd apara bilər.

Sonxeber.az Yenicag.az-a istinadən xəbər verir ki, Dubayın "qızıl oğlan"ı - tikinti maqnatı Saif Əhməd Belhasanın oğlu 17 yaşlı Rəşid barmağının bir işarəsi ilə ürəyi istəyən hər şeyi əldə edir.

Rəşid Dubayda elit məktəbi bitirib. Hətta müəllimlər atasının "biznes imperiyası"nın gələcək varislərindən biri olan uşaq üçün xüsusi şərait də yaradıblar.

Rəşid Belhasa ailənin ən kiçik övladıdır. Bu isə o deməkdir ki, atasının varisi olmaq şansı azdır. Odur ki, ata oğlunun bacarıqlarını üzə çıxarmaq, müəyyən səviyyəyə yüksəltmək üçün kiçik oğlunu əzizləyir və bütün istəklərini yerinə yetirir.

Məsələn, heç kimdə olmayan çox bahalı bir maşın. Əlbəttə, buyur, oğlum!

Dünyanın ən yaxşı futbolçuları ilə görüşmək. Heç bir problem yoxdur! Xidmətçilərlə dolu möhtəşəm villada yaşamaq istəyirsən? Bu da həll olundu.

Bir neçə il bundan əvvəl Rəşid evində şəxsi zooparkının olmasını istəyib. Əlbəttə, arzusu həyata keçirilib və o, öz zooparkını "ferma" adlandırıb. Nadir heyvanların saxlandığı zooparkın illik xərci kiçik bir dövlətin büdcəsinə barəbərdir.

Bir sözlə, dünyanın ən varlı uşağı həqiqətən də, heyvanları sevir. Ən çox vəhşi pişik, şir, bəbir və pələnglərə heyrandır. Rəşidin "ferma"sını bir çox məşhur simalar da ziyarət edib.

O, ara-sıra "İnstagram" hesabında ulduzlarla şəkillərini də paylaşır.

Bəs necə, "qızıl oğlan"ın sosial şəbəkədə 1,6 milyonluq izləyici "ordu"su var. Onun qonaqları sırasında kimlər olmayıb?

Kriştiano Ronaldo, Zlatan İbrahimoviç, Lionel Messi, Ceki Can, Paris Hilton, Meray Keri və başqaları... Siyahı çox uzundur.

Yeniyetmə bu məşhurluğundan yararlanaraq, sosial mediada idman ayaqqabıları və bahalı aksesuarları olan mağazasını reklam etməyə başlayıb.

Rəşidin başqa xobbisi də var: idman ayaqqabılarının kolleksiyasını toplamaq. Hətta qarderobunda 200 min cüt ayaqqabı var. Atası onun ən bahalı ayaqqabısı üçün nə az, nə çox, 8 min dollar ödəyib.
Dubayın ən varlı uşağının DƏBDƏBƏLİ HƏYATI - FOTOlarDubayın ən varlı uşağının DƏBDƏBƏLİ HƏYATI - FOTOlarDubayın ən varlı uşağının DƏBDƏBƏLİ HƏYATI - FOTOlar


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4982   Tarix: 10 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtostop çəkdikləri maşında qətliam törətdilər

Türkiyədə səhər saatlarında avtostop ilə iki nəfəri götürən 21 və 20 şəxslər silahlı hücuma məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə naməlum səbəbdən böyüyüb. Avtomobilə minən şübhəli şəxslər atəş açaraq maşında olan digər iki nəfəri yaralayıb. Şübhəlilər avtomobildən düşərək sürətl

25 aprel
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25 aprel
.

İtkin 4 yaşındakı uşağın cəsədi samanlıqda tapıldı: Əmisi oğlu saxlanıldı

İtkin düşən 4 yaşlı uşağın cəsədi tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, itkin düşən 4 yaşlı uşağın cəsədi samanlıqda tapılıb. Hadisə ilə bağlı uşağın əmisi oğlu saxlanılıb. Əmisi oğlunun ayaqabılarında olan qan lekələrini görən polis onu bölməyə çağırıb

24 aprel
.

Özünü həkim kimi təqdim edən gənc 84 yaşlı iflic qadına təcavüz etdi

Türkiyədə 23 yaşlı gənc 84 yaşlı iflic olan qadına təcavüz edib. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində özünü həkim kimi təqdim edən gənc iflicli qadına təcavüz edib. O qadına sizə "sizi müayinə etməyə gəldim" deyib. İflicli qadına cinsi təcavüz etdiyi iddia edilə

26 aprel
.

Şagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü

Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı

24 aprel
.

"Məni vecinə almadınız" dedi, xəstəxanaya hücum etdi - VİDEO

Müalicə üçün gələn və ona baxılmadığını iddia edən şəxs xəstəxanaya hücum edib. xarici mediaya həmin şəxs ov tüfəngi ilə xəstəxanaya hücum edərkən saxlanılıb. Təcili xidmətin girişi qarşısında polis qrupları tərəfindən saxlanılan şəxs ilk ifadəsində boğaz xərçəngi olub-olmaması üçün müayinə olunmaq üçü

24 aprel
.

70 hektar soğan əkdi, sata bilməyib pulsuz PAYLADI: 3 min adam tarlaya axışdı - VİDEO

Fermer 70 hektar sahədə əkdiyi soğanı sata bilmədiyi üçün vətəndaşlara pulsuz şəkildə paylayıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. 70 hektar sahədə əkdiyi soğanı sata bilməyən fermer vətəndaşlara pulsuz paylayıb. Soğanın pulsuz olduğunu eşidən 3 minə yaxın insan tarlay

25 aprel
.

Tiktok bu türk ölkəsində də əngəllənə bilər

Tiktok sosial şəbəkəsi Qazaxıstanda da əngəllənə bilər. xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, sosial şəbəkələrdə dələduzluq və yalan məlumatların yayılması halları artıb:. "Bura narkotik maddələrin, pornoqrafi

24 aprel
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25 aprel