Qadını əzən "BakuBus" sürücüsündən qəribə hərəkətlər

Qadını əzən "BakuBus" sürücüsündən qəribə hərəkətlərBu gün səhər saatlarından Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsində, Nərimanov Məhkəməsi ilə üz-üzə dayanacaqda insident baş verib.

Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə hadisə şahidi Elyar İslam bildirib. Onun sözlərinə görə, 2 saylı "BakuBus" avtobusunda sürücünün səhlənkarlığı üzündən bir qadın xəsarət alıb.

"Bu gün saat təxminən 09:10-da Nərimanov rayonu Ağa Nemətulla küçəsində, Nərimanov Məhkəməsi ilə üz-üzə dayanacaqda sərnişinlər hamısı 2 nömrəli avtobusa minməmiş sürücü qapıları bağladı.

Nəticədə avtobusa minmək istəyən bir qadının qol və sinə hissəsi qapının arasında qaldı.

Qadın yol kənarında oturub ağrıdan ağlamağa başladı.

Sizin qəhrəman sürücünüz isə düşüb yardım etmək, nə olduğunu soruşmaq əvəzinə "artistlik edir, bizim qapılarımız əzmir, yalandan belə edir" deməklə insanlığını (əslində isə heyvanlığını) göstərdi.

Çünki, qadın bədəni zərifdir, xüsusilə də sinə hissə tez əzilə bilir.

Avtobusdakı sərnişinlərin iradından sonra sürücünüz yerə düşdü, amma yenə də artistliyindən qalmadı. Gah özü qapının arasında dayanıb, qapıları bağladı, guya qapının əzməyəcəyini sübut edirdi, gah da sərnişinlərin içindən özünə müdafiəçi axtardı ki, qadın artistlik edir.

Hadisənin qalanını kameradan izləyərsiniz. Bir daha şahid oldum ki, oradakı sərnişinlərin də çoxunun insanlığı yoxdur. Görünür yediyimiz qidalara nəsə qatır, genefondumuzu zədələyirlər.

Hansısa sərnişinin yalandan ya doğrudan əzilməsini sonrakı araşdırmalarla, həkim müayinəsi zamanı təyin etmək olar. Sürücülərinizin üzərinə düşən vəzifə həmin anda təcili tibbi yardım çantasını götürərək, sərnişinə yardım etmək olmalıdır.

Uzun sözün qısası, 2 nömrəli avtobusla bağlı interval, gecikmə və digər problemləri həll edin, daha səbrimiz qalmayıb".

Məsələyə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də münasibət bildirib. Qurum rəsmisi bildirib ki, məsələ nəzarətə götürülüb, hadisə müvafiq qaydada araşdırılacaq.
Qadını əzən "BakuBus" sürücüsündən qəribə hərəkətlər


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1528   Tarix: 11 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel