Turistlərə ədəbsiz təkliflər edən qadınlar "Torqovı"dan yığışdırıldı - DİN

Turistlərə ədəbsiz təkliflər edən qadınlar "Torqovı"dan yığışdırıldı - DİN"Paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də "Torqovı"dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər. Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb".

Sonxeber.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

"Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər, polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun - "Əxlaq polisi"nin yaradılacağı barədə məlumatlar yayırlar. Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır. Ümumiyyətlə nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində "Əxlaq polisi" strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur", - deyə E.Zahidov bildirib.

DİN-in nümayəndəsi əlavə edib ki, Azərbaycan polisi indiyədək qanunda nəzərdə tutulan vəzifələri ləyaqətlə yerinə yetirib və bundan sonra da cinayətkarlığa, eləcə də vətəndaşların haqlı narazılığına səbəb olan hər hansı qanunazidd hərəkətlərə qarşı mübarizə aparacaq və ictimai sabitliyi təmin edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1647   Tarix: 12 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel