Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi
Nazirlər Kabineti tərəfindən bu il üçün ayrılan 6800 kvotanın yarısından çoxu tamamlanıb.
Bunu "Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları" mövzusunda keçirilən mətbuat konfransı zamanı jurnalistlərə açıqlama verən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
V.Hüseynov kvotanın bitdiyi təqdirdə hökumət tərəfindən bu məsələyə təkrar baxıla biləcəyini istisna etməyib.
DMX rəisi əmək bazarının milliləşməsinin dövlətimizin yanaşmasından biri olduğunu qeyd edib:
"Hazırda milliləşmənin yüksək nəticələri var. Sevindirici haldır ki, enerji və neft sektorunda 90 faizdən yuxarı milli vətəndaşların əməyindən istifadə olunur. Əməkçi bazarının dinamikasına baxsaq, milliləşmə tədbirləri öz nəticəsini verir. Çünki əvvəlki illərlə müqayisədə bu kvota daha yüksək idi. Burada yanaşma ondan ibarət deyil ki, hansısa sahibkarlıq subyekti və ya bazarı sıxışdırılsın. Bu, paralel tədbirlərin, yəni yerli işçi qüvvəsinin bilik və bacarığını artırmaq, onun əvəzlənməsi prosesini həyata keçirməkdir. Əvvəllər hər hansı tikinti və ya səhiyyə sektorunda əcnəbilər var idisə və indi bu gün onları yerli mütəxəssislər kompensasiya edirsə, bu, nəticə olaraq milliləşmənin göstəricisidir. Bu da təbii ki, kvotaya təsir edir".
Miqrasiya rəisi əcnəbi şəxslər üçün iş icazəsi alındığını və icazə müddətinə görə dövlət rüsumunun dəyişdiyini bildirib:
"6 aylıq iş icazəsi üçün dövlət rüsumunun qiyməti 500 manatdır, 1 illik rüsumun qiyməti isə 1000 manatdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1462 Tarix: 13 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabrBayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR
Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur
21 dekabrİtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video
10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
19 dekabrBu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi
19 dekabr"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrBelə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
19 dekabr