Biləsuvarda ağır xəsarət alan uşaq Bakıya gətirilib

Biləsuvarda ağır xəsarət alan uşaq Bakıya gətirilibBiləsuvar şəhərində bədbəxt hadisə baş verib. Şəhər sakini, 2007-ci il təvəllüdlü Xankişizadə Mahir Nağı oğlu yolu keçərkən onu avtomobil vurub.

Sonxeber.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, yaralı əvvəlcə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Lakin 12 yaşlı yeniyetmənin vəziyyəti ağırlaşdıqdan sonra Bakıya, 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Uşağa kəllə-beyin və bədənin müştərək travması diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə   Baxılıb: 3425   Tarix: 15 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR