Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın mü­va­fiq internet səhifəsi­nə (I-IV qruplar üzrə eservices.tqdk.gov.az/erizebak/qrup1_4, V qrup və tam orta təhsil bazasında orta ixtisas təh­si­li mü­əssisələri üzrə eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını dol­dururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nöm­rəsinə boş SMS göndər­mək­lə əldə etmək olar.

Bildirək ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu mayın 3-dən 17-dək aparılır. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər.
"Abituriyentin elektron ərizəsi" forması doldurduqdan sonra ərizələrinin təsdiqini təmin etməlidirlər. Ərizənin təsdiqi TQDK-nın məlumat bazasında abituriyent barədə olan məlumatların tam olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir.

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər,
Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2011/2012-ci, 2012/2013-cü, 2013/2014-cü və 2014/2015-ci tədris illərində bitirən qız abituriyentlər,
Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2012/2013-cü və ondan sonrakı tədris illərində bitirən qız abituriyentlər, 2011/2012-ci və ondan sonrakı tədris illərində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər, I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə də ərizə verən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər.

Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə verən abituriyentlər aprelin 6-dan 28-dək, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə verən abituriyentlər isə mayın 3-dən 17-dək ərizələrinin təsdiqini təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Nəzərinizə çatdıraq ki , Azərbaycanda təhsil almış Azərbaycan Respub­likasının vətəndaşları (2.2.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla) ərizələrini aşağıdakı təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq etdirə bilərlər:
Bakı Dövlət Universiteti (Bakı ş., Z.Xəlilov küçəsi, 23);
Azərbaycan Texniki Universiteti (Bakı ş., H.Cavid prospekti, 25);
Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı ş., Ü.Hacıbəyov küçəsi, 34);
Qafqaz Universiteti (Sumqayıt şossesi 16-cı km);
Bakı Biznes Universiteti (Bakı ş., H.Zərdabi küçəsi,88a);
Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş., Atatürk prospekti, 262);
Gəncə Dövlət Universiteti (Gəncə ş., H.Əliyev prospekti, 187);
Azərbaycan Texnologiya Universiteti (Gəncə ş., Ş.İ.Xətai prospekti, 103);
TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
Sumqayıt Dövlət Universiteti (Sumqayıt ş., 43-cü məhəllə);
TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
Mingəçevir Dövlət Universiteti (Mingəçevir ş., D.Əliyeva küçəsi, 21);
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı (Şəki ş., M.Rəsulzadə prospekti, 305);
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı (Qazax ş., H.Əliyev prospekti, 150);
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı (Ağcabədi ş., M.Rəsulzadə prospekti, 210);
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı (Cəlilabad ş., M.Hüseyn küçəsi, 20);
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı (Quba ş., Fətəlixan küçəsi, 4);
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı (Şamaxı ş., Şəhriyar qəsəbəsi, Azadlıq küçəsi, 1);
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı (Zaqatala ş., Q.Kərimov küçəsi, 4).
- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (2.2.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:
TQDK (Bakı ş., M.Müşfiq küç., 1m);
TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
TQDK-nın Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);
TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
TQDK-nın Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);
TQDK-nın Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
TQDK-nın Ağcabədi Regional Bölməsi (Ağcabədi ş., Faiq Əlizadə küçəsi, 1).

Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar isə ərizələrini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialında (Qazax ş., H.Əliyev prospekti, 150) yara­dıl­mış SQK-da təsdiq etdirə bilərlər.
Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK‑ya tam orta, orta ixtisas və ya ali təhsili haqqında sənədi (əvvəlki illərin məzunları sənədin əslini, ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış imtahanına buraxılmasını təsdiq edən arayışı) , şəxsiyyəti təsdiq edən sənədin əslini (Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şəxslər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər xarici pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, dənizçi kitabçasını (vəsiqəsini), qaçqınlara verilmiş yol sənədini, vətənə qayıdış şəhadətnaməsini, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini, hərbi bilet və ya çağı­rışçı şəhadətnaməsini təqdim etməlidirlər.

Ali və ya orta ixtisas təhsili olan abituriyentlər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, SQK-ya aşağıdakıları da təqdim etməlidirlər:
- təhsil aldıqları müəssisə tərəfindən verilən və ali (orta ixtisas) təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (Əlavə 3)*;
- attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı (Əlavə 4)*.
Xarici ölkədə təhsil almış şəxslər yuxarıda qeyd olu­nan sənədlərlə yanaşı, onların notarial qaydada təsdiq edil­miş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

Qeyd edək ki, 1981-1998-ci il təvəllüdlü (1998-ci il iyulun 30-na qə­dər anadan olmuş) 35 yaşınadək olan çağrışçıların ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin ça­ğırış yaşlı vətəndaşlarının hərbi sənədlərində müvafiq qeydiy­yat onların daimi yaşayış yerlərinin hərbi ko­mis­sarlıqları tərəfindən aparılır.
Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər yuxarıda göstərilən müd­dət­də və qay­dada elektron ərizələrinin təsdiqini təmin et­dikdən sonra I ixtisas qrupunun xüsusi qabiliyyət tə­ləb edən ixtisasları üzrə aprelin 15-dən 30-dək, V ix­tisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 6-dan 19-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək eservices.tqdk.gov.az/erizebak/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qey­diy­yatdan keçmiş abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin məzunları üçün buraxılış) imta­hanında iştirak edirlər və bu imtahanda top­la­dıq­ları balları müvafiq müsabiqə şərtlərini ödə­yənlər qabi­liyyət imtahan­larına buraxılırlar.
Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçı­van, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Ağcabədi şəhərlərində keçirilir. Cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­lərinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanı əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçirilir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1311   Tarix: 31 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Polad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb. Qaynarinfo xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib. Qeyd edə

2 aprel
.

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Azərbaycanda 3 uşağa misirli ulduz futbolçu Məhəmməd Salahın adı verilib. xəbər verir ki, ötən il ölkədə bir uşağa Salah adı qoyulub. Həmçinin, 2022 və 2023-cü illərdə də iki uşağa ulduz futbolçunun adı verilib. Qeyd edək ki, 33 yaşlı Salah mövsümün sonunda böyük uğurlar qazandığı İngiltərənin "Liverpul"

2 aprel
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Binəqədi və Xətai rayonlarının bir hissəsində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilir ki, saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi rayonu (Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən ərazisi, Bakso

2 aprel
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıva

2 aprel
.

530 manatlıq analizə görə pasienti klinikadan qovdular - "Funda" hospitaldan şikayət

Azərbaycanda özəl klinikalarda tanınmış həkimlərin pasiyentə məhz işlədiyi klinikada analizlərdən keçirməsi və digər heç bir laboratoriyanın cavablarını qəbul etməməsi halları uzun illərdir var. "Medicina" xəbər verir ki, eyni vəziyyətlə "Funda" hospitalda üzləşən pasiyent bu yanaşmanı

2 aprel
.

Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB

Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib. -a istinadən xəbə

3 aprel
.

Meteohəssas insanlar üçün sabahın hava PROQNOZU

Aprelin 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

2 aprel
.

Onların təhsilhaqqını - Dövlət ödəyəcək

Minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət qarşılayacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qeyd edilib ki, minatəmizləm

3 aprel
.

Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)

Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəl

3 aprel