Uşaqlarda qasıq yırtığı necə əmələ gəlir və müalicəsi necə aparılmalıdır?
Yırtıqların arasında qasıq yırtıqları uşaqlarda daha tez-tez rast gəlinən patologiyadır. Uşaqlarda qasıq yırtıqları anadangəlmə patologiyadır.Bunun səbəbi qasıq kanalının bətndaxili inkişafının pozulmasıdır.Qasıq yırtığı valideynlər arasında daha çox "qrıja" kimi tanınır.Uşaqlarda qasıq yırtığının əmələ gəlmə səbəbini başa düşmək üçün mütləq bətindaxili dövrdə xayanın xayalığa enmə prosesini nəzərdən keçirmək lazımdır.
Sonxeber.az-a açıqlama verən pediatr Günay Rəsulova bildirib ki,yırtıq uşaq doğulduqdan dərhal sonra, bəzi halarda 1 yaşına yaxın, bəzən daha böyük yaşlarda özünü büruzə verə bilər: "Yırtığın əsas simptomu uşağın qasıq nahiyəsində olan şişkinlik, asimmetriyadır. Bu şişkinlik uşaq ayaq üstə olanda daha yaxşı görünür, uzananda isə "itir". İlk dəfə bu şişkinlik uşaq çoxlu ağladıqdan, qışqırdıqdan, öskürdükdən, qəbizlik zamanı gücəndikdən sonra müşahidə oluna bilər. Lakin bu o demək deyil ki, öskürək, ağlama və ya qəbizlik yırtığın inkişafına səbəb olub. Bu yırtıqlar anadangəlmə pozulmadır".
Bu patologiyaya oğlanlarda daha tez-tez rast gəlinir. Bu onların fizioloji xüsusiyyətləri ilə bağlıdır. Yırtıqlar oğlanlarda sağ tərəfdə olur.Adətən şişkinlik birtərəfli, çox nadir hallarda ikitərəfli olur.
Pediatrın sözlərinə görə, yırtıq uşağı adətən narahat etmir."Məhz bu səbəbdən yırtıqlar uşaqlarda bir çox hallarda təsadüfən cərrahın profilaktik müayinəsi zamanı aşkar edilir. Yalnız böyük və ya sıxılmış yırtıqlar uşaqlarda narahatçılığa, ağrılara,ürəkbulanması və qusmaya səbəb olur".
Günay Rəsulova onu da bildirdi ki, qasıq yırtığının müalicəsi yalnız cərrahi üsulla olmalıdır."Uşağın böyüməsini gözləmək, bandajlardan istifadə etmək və ya öz-özlüyündə qasıq yırtığının bağlanması mümkün deyil".
Lamiyə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2325 Tarix: 25 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Soyuq havada çay əvəzinə su içmək daha faydalıdır
Havaların soyuması ilə insanlar bədəni isidən içkilərə xüsusilə çaya daha çox üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, soyuq günlərdə çay əvəzinə su içmək orqanizm üçün daha faydalıdır. xəbər verir ki, həkimlərin sözlərinə görə, soyuq havada bədən daha çox susuzlaşır. Bunun əsa
7 dekabrHəkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?
Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri
14 dekabrSəhər yeməyini ötürsək nə baş verər?
Bir çox insan səhər yeməyinin boş buraxılmasının gün ərzində daha bol bir naharla asanlıqla kompensasiya oluna biləcəyini düşünür. Lakin insan orqanizmi öz qədim və sərt qanunları ilə işləyir və səhər yeməyinin buraxılması bədən üçün ciddi xəbərdarlıq siqnalıdır. -a istinadən xəbər verir ki, uzun müddə
18 dekabrYaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə var
Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir. xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistemi ö
8 dekabrSolğun sifət nadir xəstəliyin əlaməti ola bilər – XƏBƏRDARLIQ
Sizin üçün adi olmayan üz solğunluğu təkcə yorğunluq əlaməti olmaya bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu, nadir qan xərçəngi növü kəskin mieloid leykozun mümkün simptomlarından biri ola bilər. bu xəstəliklə bağlı məlumatları təqdim edir:. Əgər üzünüzün "həddindən artıq solğun" göründüyün
7 dekabrÇox dil bilənlərin beyni daha gec yaşlanır
27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanması prosesi xeyli ləng gedir. Mütəxəssislər bildirirlə
3 dekabrMiqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI
Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər. Həkimləri
7 dekabrÖskürəyin təbii üsullarla müalicəsi
Demək olar ki, hər kəs öskürəyin nə qədər narahatedici olduğunu qəbul edir. Sadə bir öskürək belə həftələrlə davam edə, boğaz ağrısına, əzələ gərginliyinə və yuxu pozuntularına səbəb ola bilər. Bu səbəbdən öskürəyin aradan qaldırılması üçün müxtəlif vasitələrin axtarılması və bu sahədə geniş bir bazarı
15 dekabr