Yollarda yeni "trend": maşın sürərkən canlı yayıma çıxanları nə gözləyir?
Sükan arxasında telefon istifadə etməklə "qəhrəmanlıq" edən, qəza şəraiti yaradan sürücülər qanun qarşısında cavab verəcək.
Bu sözləri Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov ötən gün paytaxtın Heydər Əliyev prospektində baş verən qəzaya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sükan arxasında sürücünün mobil telefonla danışması, ümumiyyətlə, sürücünün diqqətinin yayınmasına səbəb olan davranışlara yol verməsi qanun pozuntusudur:
"Bu gün istər respublika ərazisində, istərsə də Bakı şəhəri üzrə qeydə alınan yol qəzalarının 70 faizi bu cür səbəblərdən baş verir. Eyni zamanda, dəfələrlə sürücülərə səslənərək onları yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq.
Ötən gün baş verən hadisədə sürücü sükan arxasında mobil telefondan istifadə etməklə yalnız özü üçün deyil, həm də digər yol hərəkəti iştirakçılarına da təhlükə yaradıb. Bu birbaşa "Yol hərəkəti haqqında" qanunun tələblərinin kobud şəkildə pozulmasıdır.
Sükan arxasında telefondan istifadə etməklə, qəza şəraiti yaradan sürücülər heç də qəhrəmanlıq etmir. Onlar aidiyyəti üzrə qanunun tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar".
V.Əsədov onu da əlavə edib ki, avtomobil yollarında baş verən qəzalar heç kimin şəxsi həyatı deyil:
"Küçə və yollardan hər kəsin eyni dərəcədə istifadə etmək haqqı var. Vətəndaşların heç biri digərinin təhlükəsizliyini riskə atacaq qayda pozuntusuna yol verə bilməz. İctimai yerlərdə baş verən yol qəzaları heç kimin şəxsi həyatı ola bilməz.
Sizin vasitənizlə həmin sürücüyə və onun timsalında bu cür qayda pozuntularına yol verərək qəza halları yaradanlara səslənirəm ki, bu, qəhrəmanlıq deyil. Bu kimi davranışlar eyni zamanda digər sürücüləri də qanun pozuntusuna çağırır. Buna yol vermək olmaz. "Yol hərəkəti haqqında" qanunun tələbləri onlara riayət etmək üçündür. Qanunun tələblərini pozan hər kəs kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunacaq".
Xatırladaq ki, ötən gün paytaxtın H.Əliyev prospektində "LADA Priora" markalı avtomobili idarə edən sürücü telefonla canlı yayıma çıxaraq qəza törədib. Hərəkət zamanı yolu çəkən sürücü bir anlıq diqqətsizlik edərək maşınını qarşıdakı digər avtomobilə vurub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3071 Tarix: 28 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə
16 dekabrAzərbaycan Universitetində bədbəxt hadisə
Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı
15 dekabr18 yaşadək işçilərlə bağlı yenilik
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə
16 dekabrRüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvət alma ittihamı ilə 8 il 6 ay həbsə məhkum edilmiş sabiq müdiri Rüfət Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının çoxu özünə qaytarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun yalnız Quba şəhərindəki 2 evi və bir neçə ünvanda yerləşən bo
16 dekabrAzərbaycanda elektron siqaret - Qadağan edilir
Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun
16 dekabrTülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi
Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənləri
16 dekabrBu dəfə tikinti şirkətlərindən şikayət etdi
"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland
16 dekabrBakıda tələbə faciəvi şəkildə öldü
Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin
16 dekabr