"Qarabağ Azərbaycanındır, nida!"- paşinyankimilərə şapalaq kimi cavab - ŞƏRH

"Qarabağ Azərbaycanındır, nida!"- paşinyankimilərə şapalaq kimi cavab - ŞƏRHAzərbaycan coğrafi, dünyanın aparıcı dövlətlərinin maraqları sırasında yerinə görə yüz illərdir əhəmiyyətini saxlayır. Müstəqil dövlət olduqdan sonra onun önəmi daha da artıb. Bu baxımdan istənilən beynəlxalq tədbirdə rəsmi Bakının mövqeyi diqqətçəkici olur. Bu kimi toplantılarda Azərbaycan torpaqlarının ərazi bütövlüyünün pozulması ilə bağlı beynəlxalq ictimaiyyətə ismarışların verilməsini də vurğulamaq yerinə düşər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 3-də Soçidə "Valday" beynəlxalq diskusiya klubunda çıxışı Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında saxladıqları Dağlıq Qarabağla bağlı 3 ay ərzində verdiyi bəyanatlara, o cümlədən "qərar Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün qəbuledilən olmalıdır" iddiasına yekun cavab idi.

Qeyd edək ki, "Valday" klubu 2004-cü ildə Rusiyanın Böyük Novqorod şəhərində Valday gölü yaxınlığında keçirilən toplantıda təsis edilib. Rusiyanın mövqeyinin beynəlxalq ictimaiyyət çatdırılması məqsədi ilə yaradılan klubun adı həmin göllə bağlıdır. 2014-cü ildən isə klub "Rusiya barəsində dünyaya danışmaq" formatından qlobal məsələrləri gündəliyə çıxarmağa başlayıb.

Bu ilki "Şərq şəfəqi və dünyan siyasətinin quruluşu" mövzusunda XVI iclas sentyabrın 30-da başlayıb, oktyabrın 3-də başa çatıb. Toplantıda 71 ölkəni mindən çox nümayəndə təmsil edib. Toplantıda Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, London, Qahirə, Tehran, Şərqi Çin, Tokio, Tel-Əviv, Messin, eləcə də Cons Hopkins adına Universitet, London İqtisadiyyat Məktəbi, London Kral kolleci, Syans Po və Sorbonna universitetlərinin professorları və "ideya istehsalçıları", habelə bir çox ölkələrin keçmiş və indiki dövlət və hökumət başçıları iştirak edib.

"Qarabağ Azərbaycanındır, nida!"- paşinyankimilərə şapalaq kimi cavab - ŞƏRHToplantıdan əvvəl Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub. Rusiya Prezidenti bildirib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 nilyard dollar olub: "Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Başqa istiqamətlər üzrə münasibətlərimizin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var".

Azərbaycan Prezidenti İlham Əliyev cavabında bildirib: "Valday diskussiya klubunun işində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır".

İlham Əiyev Azərbaycan-Rusiya arasında ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd edərək, vurğulayıb: "Əmtəə dövriyyəsi artır – keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz "Yol xəritələri"nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.

Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur".

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadi, investisiya qoyuluşu, hərbi və hərbi-texniki, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlıq barədə müzakirələr aparılıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təkbətək söhbət ediblər.

Azərbaycan Prezidenti iclasdakı çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışarkən, xüsusi olaraq, vurğulayıb: "Qarabağ Azərbaycandır! Nöqtə yox, nida işarəsi!"

O, bunu sıravi insanlara deyil, Rusiya prezidenti Vladimir Putinə, tədbirdə iştirak edən dövlət və hökumət başçılarına, siyasi fikir adamlarına bir daha çatdırıb.

Valday klubu müasir dövrün aktual məsələlərini müzakirə olunduğu nəzərə alsaq Prezidenti bəyanatını Nikol Paşinyana və onun kimi düşünənlərə "özünəgəl silləsi"də adlandırmaq olar.

"Qarabağ Azərbaycanındır, nida!"- paşinyankimilərə şapalaq kimi cavab - ŞƏRHİlham Əliyevin Vladimir Putinlə görüşü (heyətlərarası və təkbətək) Rusiya liderinin Yerevana səfəri və Ermənistan hökumətinin başçısı ilə atüstü görüşünü də kölgədə qoydu. Rusiya prezidenti Vladimir Putin Yerevana səfəri çərçivəsində Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşüb. Onlar Rusiyanın Ermənistandakı səfirliyində görüşüb, çay içib və uzun müddət söhbət ediblər. Bu, Kremlin indiki sahibinin Paşinyanla görüşündən daha uzun sürüb.

Vladimir Putin Nikol Paşinyanla görüşün sonunda onu Moskvaya rəsmi səfərə dəvət edib. Bu həm də tərəflər arasında anlaşılmayan çoxsaylı problemlərin qaldığını deməyə əsas verir.

İlham Əliyev "nidası" ilə Nikol Paşinyana və dünyadakı erməni havadarlarına bir məsələni təkrar çatdırdı: Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir. Başqa hansı yol var? Əgər olsa idi, işğalın uzanmasına yardım edən beynəlxalq vasitəçilər indiyədək göstərmişdilər. Çünki vasitəçilərə torpaqların işğaldan azad edilməsinin başlıca məsələ olduğu gün kimi aydındır. Sadəcə olaraq, problemin həlli üçün onların ayrı-ayrı açarları mövcuddur. Bu açarlarla onlar bir-birinin qıfılını aça bilmir.

İlham Əliyevin "Nida"sını Ağdamın "Qarabağ" futbol klubu Lüksemburqda "Düdelanj"ını 4:1 hesabı ilə udmaqla dəstəklədi. Bu, təkcə rəqib komanda qarşısında deyil, ermənilərin və havadarlarının üzərində həmin gün üçün mənəvi qələbə də sayılır. Lüksemburqun idman naziri Dan Kerşin staionda baş vermiş hadisə ilə bağlı üzr istəməsi də bunu təsdiqləyir.

"Qarabağ Azərbaycanındır, nida!"- paşinyankimilərə şapalaq kimi cavab - ŞƏRHYeri gəlmişkən, Nikol Paşinyan sentyabrın 22-də Los-Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los-Anceles səmalarına ingilis dilində böyük hərflərlə "Karabakh is Azerbaijan! End the Occupation" (Qarabağ Azərbaycanındır! İşğala son qoy!) şüarı daşıyan təyyarələr qaldırılıb. Həmin aksiyadan sonra ABŞ-ın və şəhərin heç bir rəsmisi bu aksiyaya görə üzr istəmədi. Çünki Azərbaycan tərəfinin haqlı olduğunu bilirlər. Dan Kerşin də Qarabağın məhz Azərbaycana aid olduğunu bildiyindən üzr istədi.

Beləliklə, Azərbaycan dövləti üçün Qarabağın bir formulu var: "Qarabağ Azərbaycanındır və nida işarəsi!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1624   Tarix: 04 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021