"Ədalət sistemi iki tərəfli olmalıdır" - Vəkil
"Mən cağırardım ki, vəkillər qarşı tərəfə çox hörmətlə yanaşsınlar. Dava edəndə belə vuruşmaq lazımdır. Biri var qayda ilə vuruşasan, biri də var etikadan kənar vuruşasan".
Bu sözləri tanınmış vəkil Türkel Süleymanlı Sonxeber.az- açıqlamasında deyib.
Türkel Süleymanlı qeyd edib ki, Azərbaycan kifayət qədər gənc ölkə sayılmağına baxmayaraq, bir çox sahədə olduğu kimi vəkilliyin də 100 illiyinin qeyd olunmağı tarixi ənənəmizin olmasını sübüt edir:
"Vəkilliyin 100 illiyinin qeyd olunmağı təqdirəlayiq haldır. Azərbaycan vəkilləri həmişə çalışıblar ki, vətəndaşların hüquqlarını müdafiə etsinlər, hüququn keşikçisi olsunlar. Ümumilikdə götürəndə vəkillər həmişə əziyyət çəkən tərəfdir. Vətəndaş üçün gününü, vaxtını, əsəbini sərf edir".
Vəkilin istəyi vəkil hüquqlarının məhkəmələr tərəfindən daha çox nəzərə alınmasıdır:
"Vəkil hüquqi cəmiyyətin əsasını təşkil edən şəxsdir. Hər bir məhkəmə işində qarşı tərəfdə öz gücü, qanunları olan dövlət, digər tərəfdə də vətəndaşı müdafiə edən bir vəkil var. Belə olanda halda məhkəmə yaxşı olar ki, vəkillərin şikayətlərinə daha diqqətlə yanaşsın. Çünki, vəkil özü üçün çalışmır, vətəndaş üçün çalışır. Problem ondadır ki, vəkil udanda vətəndaş udur, uduzanda da vətəndaş uduzur".
Türkel Süleymanlı vəkil ilə prokurorun vəsatətlərinə eyni dərəcədə yanaşılmasını təklif edib. Onun sözlərinə görə bu gün ədalətli olan hakim, sabah ədalətsiz qərar çıxara bilər:
"Məhkəmələrdə artıq proses audio və video yazılar vasitəsi ilə aparılır. Həmişə mübahisələr olurdu bu barədə. Sübut etmək üçün məcbur idik protokolda qeyd aparaq və s. Bu da işi təbii ki, işi çətinləşdirirdi. Amma indi çox mütərəqqi üsullar var. Amma bu o demək deyil ki, hər şey çox gözəldi. Təkmilləşdirilmə əvvəli olan, axırı olmayan bir prosesdir. Heç vaxt deyə bilmərik ki, hər şey çox təkmilləşdirildi, bitti. Bu gün ədalətli olan hakim, sabah ədalətsiz qərar çıxara bilər. Ona görə də bu işlər daimi nəzarətdə olmalıdır. Məsələn təklif edirəm ki, vəkil ilə prokurorun vəsatətlərinə eyni dərəcədə obyektiv baxılsın. Baxırsan ki, şərti desək, bütün proses boyu vəkil 100 vəsatət, prokuror isə 3 vəsatət verib. 3- dən, 3 –ü də təmin edilib, 100 dən isə ikisi təmin edilib".
Vəkil digər vəkillərin ictimaiyyətlə işləməyini tövsiyyə edib:
"Məhkəmə halları bəzi hallar istisna olmaqla açıq aparılan prosesdir. Nəzərə almalıdırlar ki, cəmiyyət, xalq həmişə ədalətin tərəfindədir. Əgər sənin işin düzdürsə mediadan niyə qorxmalısan ki? Yox əgər qorxursansa, çəkinirsənsə deməli, gizlədəcəyin bir şey var".
Türkel Sülüymanlı hesab edir ki, vəkillər məhkəmə prosesində nəzərə almalıdır ki, qarşı tərəfin vəkili də onun kimi öz vəzifəsin həyata keçirir. Bəzi vəkillər var ki, qarşı tərəfin vəkilləri ilə məhkəmə zalında özünü bisavadlıq olmasa da qeyri-peşəkar aparır:
"Peşəkar vəkil başa düşməlidir ki, qarşı tərəf də öz işini görür. Mən cağırardım ki, vəkillər qarşı tərəfə çox hörmətlə yanaşsınlar. Dava edəndə belə vuruşmaq lazımdır. Biri var qayda ilə vuruşasan, biri də var etikadan kənar vuruşasan. O işlər ki, mənim üçün prinsipial olub və bilmişəm ki, vətəndaşı haqsız yerə həbs ediblər, həmin işin axırınacan getmişəm. Bəzən biz də narazı oluruq Ali məhkəmənin qərarından. Ancaq axıradək gedəndə nail olursan. Çünki, hər işdə axıradək vuruşmaq lazımdır. Ədalət sistemi iki tərəfli olmalıdır: ədalət və mərhəmət. Mərhəmətsiz ədalət heç kimə lazım deyil. Yəni proses zamanı məsələn heç nəzərə almırsan ki, bu adamın ağır həyat şəraiti olub və s. Ədalətsiz mərhəmət olanda isə istənilən cinayətkar cinayət törədə bilər və sonra azadlıqda gəzər. İkisi bir yerdə olanda yalnız əsl ədalət olur".
Şəlalə Babayeva
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Sabah hava necə olacaq?
Pensiyalar bu tarixdə tam ödəniləcək
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA