Mübariz İbrahimovu təhqir edən psixoloqun günahı sübuta yetirildi

Mübariz İbrahimovu təhqir edən psixoloqun günahı sübuta yetirildiMilli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təyin edilən ekspertizanın nəticəsi açıqlanıb.
Sonxeber.az-ın bizimyol.info-ya istinadən xəbər verir ki, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elçin İsmayılov psixoloq Nərmin Şahmarzadənin "Facebook"da Mübariz İbrahimov haqqında yazdığı fikirlərlə bağlı rəyini verib.

Həmin rəy həm Nərmin Şahmarzadənin özünə də göndərilib, Ş.İbrahimovanın nümayəndəsi və vəkili Ramil Rüstəmova da təqdim olunub.

"... öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "... Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" cümlələri Mübariz İbrahimovun şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlardır",- deyə rəydə yazılıb.

Oktyabrın 10-da məhkəmədə ekspertin rəyi müzakirə olunmalıydı, lakin N.Şahmarzadə məhkəmə prosesinə gəlmədiyinə görə mümkün olmayıb. Hakim bildirib ki, oktyabrın 21-də keçiriləcək növbəti məhkəməyə də gəlməsə, onun haqqında məcburi gətirilmə qərarı çıxarılacaq.

Milli Qəhrəmanın anasının vəkili Ramil Rüstəmov bildirib ki, ekspertiza rəyi obyektivdir: "Bu rəydən sonra onun cinayət məsuliyyətinə cəlb olunması labüddür. Çünki ortada rəy var ki, Milli Qəhrəman təhqir olunub".
Ş.İbrahimova N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsini - həbs olunmasını istəyir.

N.Şahmarzadə isə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs qismində ifadə verən psixoloq bildirib ki, o, ötən il dekabrın 5-də yazdığı statusda Mübariz İbrahimovu nə təhqir edib, nə də ona böhtan atıb.

Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub. Onun meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.
Mübariz İbrahimovu təhqir edən psixoloqun günahı sübuta yetirildi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2345   Tarix: 10 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ƏHALİNİN NƏZƏRİNƏ! Sabah saat 09:00-dan 14:00-dək...

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

4 may
.

Bəzi yerlərə leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mayın 6-da saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb

6 may
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb

5 may
.

Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR

Azərbaycanda qadınların pensiyaya daha tez çıxması məsələsi geniş müzakirə olunan məsələlərdəndir. Bu mövzu zaman-zaman ictimailəşib və müxalif ekspertlər öz fikirlərini bildiriblər. Deputat Vüqar Bayramov məsələ ilə bağlı açıqlama verib. -un xəbərinə görə, deputat qeyd edib ki, Milli Məclisə etdiy

5 may
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

4 may
.

Bakıda Rusiya vətəndaşı intihar edib

Bakıda Rusiya vətəndaşı intihar edib. APA xəbər verir ki, Rusiya vətəndaşı, 1966-cı il təvəllüdlü Güman İbadullayev yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsindəki evdə turnikdən özünü asaraq öldürüb. Faktla bağlı araşdırma aparılır

6 may
.

Masazırda obyekt sahibi ağacları "soyqırımına" məruz qoyub (VİDEO)

Abşeron rayonunun Masazır kəndində tikilən obyektin sahibi yol kənarındakı ağacların "soyqırımı"nı həyata keçirib. xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. Yayılan görüntülərdə obyektin tikintisi zamanı binanın qarşısında ağaclar müşahidə edilsə də, bir müddət sonra çəkilmi

6 may
.

Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA/VİDEO

"Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklilərin edilməsi ilə bağlı sənədi imzalayıb. Bu sənədə əsasən, bir sıra şəxslərin daha tez pensiyaya çıxmaq hüququ təsbit edilib". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputa

6 may
.

DYP-dən bu sürücülərə çağırış - Video

Baş DYP İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır. Atmosferin çirklənməsində, şübhəsiz ki, nəqliyyat vasitələrinin sayını

4 may