Fuad Qəhrəmanlı qızlarından imtina etdi - Həyat yoldaşını və qızını evdən qovdu

Fuad Qəhrəmanlı qızlarından imtina etdi - Həyat yoldaşını və qızını evdən qovduBu gün Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçirilib.

Sonxeber.az "demokrat.az"a istinadən xəbər verir ki, Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil etsə də, Fuad Qəhrəmanlı və vəkili ümumiyyətlə prosesə qatılmayıb. Oktyabrın 17-si saat 15:00-a təxirə salınan növbəti məhkəmədə F.Qəhrəmanlının qızı Sənay Yağmurun ifadə verməsi gözlənilir.

Zümrüd Yağmurun vəkili bildirib ki, Fuad Qəhrəmanlı xüsusi qəddarlıqla ailəsinə işgəncələr verib və son olaylardan sonra həyat yoldaşını və qızı Sənayı yaşadığı evdən qovub.

O bildirib ki, Selcan Yağmurun məlum status və video müraciətindən sonra F.Qəhrəmanlı hər iki qızından da imtina edib.

Vəkilin sözlərinə görə, Zümrüd Yağmur F.Qəhrəmanlıya qarşı əmlak iddiası da qaldıracaq:

"Bununla bağlı məhkəməyə ayrıca müraciətimiz olacaq. Çünki birgə yaşadıqları ev təkcə Fuada deyil, həm də Zümrüdə və qızlarına məxsusdur. Hazırda Zümrüd və qızı Sənay başqa ünvanda yaşayırlar".

Məhkəmə prosesində iştirak edən jurnalistlərin zaldan çıxarılmasını və məhkəmənin qapalı keçirilməsini tələb edən vəkil bundan sonra hakimin heç bir suallarına cavab verməyib.

Hətta bir qədər də irəli gedərək, "Necə istəyirsiniz qərar çıxarın, istəyirsiniz Sənayı yetimlər evinə verin" deyərək, prosesin sonunu gözləmədən zalı yarımçıq tərk edib.

Məhkəmə zamanı diqqətçəkən məqamlardan biri həm özü, həm də azyaşlı qızları ağır şiddətə və qeyri-insani rəftara məruz qaldığı halda Zümrüd Yağmurun baş verənləri ictimaiyyətdən gizlətmək istəyi olub.

Qadın qüruru bu dəfə də öz sözünü deyib və vəkili vasitəsilə "İstəyirsiniz Sənayı yetimlər evinə verin" deyərək, yenidən ailəsinin nüfuzunu qorumağa çalışıb.

"Bu Zümrüdün ailə problemidir, ictimailəşməsini istəmir" deyən vəkilin sözlərindən çıxan məntiqi nəticə budur.

Bu arada qarşı tərəf, yəni Fuad Qəhrəmanlı isə AXCP-yə yaxın sosial media hesablarında qızının intim görüntülərini tirajlamaqla "aydan arı, sudan duru" çıxmağa çalışır. Guya o yaxşı atadır, sadəcə qızları əxlaqsızdır.

F.Qəhrəmanlı bu məsələdə də Z.Yağmura 1:0 uduzub. Döyülən, söyülən, şiddətə məruz qalan qadın ailəsinin nüfuzunu qoruduğu halda döyənin, söyənin, sadistin biri özü haqqında "yaxşı kişi" obrazı yaratmağa çalışır.

Heç şübhəsiz bütün bunlar təsadüfi deyil. F.Qəhrəmanlı adlı siyasi kələkbaz öz maraqlarını hər şeydən, hətta doğma övladlarından da üstün tutur və bütün bu yalanları tirajlamaqda məqsədi yenidən "siyasi statusu"nu bərpa etməkdir.

AXCP sədrinin müavinliyindən istefa verdiyini və siyasətdən getdiyini bəyan edən F.Qəhrəmanlı Milli Şuranın piketində görünürsə, demək onun "missiyası" hələ başa çatmayıb.

Bir halda ki, Milli Şuranın "başbilənləri" – Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli aksiyaya qatılmayıb, o halda məxsusi olaraq F.Qəhrəmanlının piketdə iştirakı hansı məqsədlərə xidmət edir? Hakimiyyətə işlədiyinə dair məlum səsyazısından sonra özünü həm də cəbhəçi dostlarının yanında təmizə çıxarmaq istəyən Fuadın "Mən qızlarımı bağışlayıram, bütün hallarda mənim övladlarımdır" bəyanatının ardınca onları növbəti şiddətə məruz qoyaraq, evdən qoyması əsl "yurdçu xisləti"inin təzahürüdür.

AXCP sədri Əli Kərimli ilə yaxın münasibətləri olan, onunla birlikdə təhsil alan tələbə yoldaşlarının və keçmiş əqidə yoldaşlarının yekdil fikri var:

Əli Kərimli hətta "böyük bayıra" gedəndə belə siyasi manevrlər edir və bu xisləti onun "yurdçu" dostlarına da sirayət edib.

Köhnə "komsomolçu"nun bir zamanlar cani-qəlbdən müdafiə etdiyi sovet ideologiyasına xəyanəti ilə başlayan bu yol ardınca Əbülfəz Elçibəyə, əqidə dostlarına, tələbə yoldaşlarına, müxalifətə və Azərbaycanın milli maraqlarına xəyanətə qədər uzanır.

Necə deyərlər, "Nə tökərsən aşına, o da çıxar qaşığına". Vaxtilə AXCP sədrinə, yəni Əbülfəz Elçibəyə xəyanət edən Ə.Kərimli bu gün AXCP sədri olaraq F.Qəhrəmanlı xəyənətkarlığı ilə üzləşib.

Necə ki, o zamanlar Ə.Elçibəy bunu bilə-bilə heç bir tədbir görə bilmirdi, hazırda da Ə.Kərimli F.Qəhrəmanlı xəyanəti qarşısında acizdir.

Məhz bu səbəbdəndir ki, Fuad Qəhrəmanlı Milli Şuranın aksiyasında öndə gedir, özünü yenidən siyasi realizə etməyə çalışır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2463   Tarix: 11 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel