"Joker": Dəli gülüşün faciəsi

"Joker": Dəli gülüşün faciəsiBu payızdan nümayişə çıxarılan "Joker" filmi elə ilk dəqiqələrdən tamaşaçını tamamilə çulğalayaraq unudulmaz təəssüratlar bəxş edir.

Bədheybətli süjetinə baxmayaraq, filmdəki aktorların yüksək peşəkarlığı və hərarətli səhnələri tamaşaçıya dərin həyəcanlı anlar yaşadır. Filmin süjeti insan şəxsiyyətinin cəmiyyətdəki naqisliklər üzündən məruz qaldığı dəhşətli təbədüllat üzərində qurulub.

Filmdəki hadisələr 80-ci illərin əvvəlində başlayır. Baş qəhrəman gülüş aktyoru Artur Flak xəstə anasının təbəssümlə yaşamaq nəsihətlərini dinləyərək insanlara sevinc, gözəllik bəxş etməyə çalışsa da, əvəzində qəddarlıqlarla, çirkinliklərlə üzləşir. Bunları görə-görə getdikcə mənən sərtləşən Artur bu mərhəmətsiz dünyanı ilıq təbəssümlərə yox, amansız "Joker" gülüşlərinə qərq etmək qərarında qətiləşir.

Yaradıcılığa komediya janrından başlamış rejissor Todd Filips və baş rol ifaçısı aktyor Xoakin Feniksin sənətkarlığı sayəsində qarşımızda "qəfildən gülmək sindromu"na tutulan "balaca adam" Artur Flakın həyat hekayəsi canlanır. Bir insanı eninə-uzununa saf-çürük edərək daxilində baş verən mənəvi dönüş nəticəsində qorxulu məxluqa çevrilməsi eybəcər təfərrüatla tamaşaçının diqqətinə çatdırılır.

Keçirdiyi dəhşətli dönüş nəticəsində şəxsiyyət kimi ölüb yenidən, amma əvvəlkinə daban-dabana zidd insan qismində dirilən baş qəhrəmanın faciəsi aktyor Xoakin Feniks tərəfindən yüksək sənətkarlıqla, inandırıcı şəkildə canlandırılır.

"Joker": Dəli gülüşün faciəsiƏslində sırf aktyor filmi olan "Joker"də bütün diqqəti, ağırlığı üzərinə çəkən Xoakin Feniks bu rola çox böyük, sözün əsl mənasında, əziyyətli hazırlıq görüb. Üç növ dəli gülüşünü məşq edib öyrənən aktyor həmçinin xeyli arıqlayıb.

Bu filmdə bütün sənət ünsürləri ovqat yaratmağa səfərbər olunub. Tünd rənglərin üstün olduğu, hadisələrin cərəyan etdiyi Gotham şəhərinin xoflu mənzərəsini yaradan kiçik təfərrüata diqqətin cəlb olunduğu bu ekran əsəri tamaşaçını əvvəldən axıradək gərginlikdə saxlayır. Rejissor və aktyor işindən savayı, tanınmış islandiyalı violonçel ustası və bəstəkar Hildur Qudnadottir tərəfindən bəstələnən həyəcanlı və hərarətli soundtrack da mütləq qeyd olunmalıdır.

Sadalananlar nəzərə alınsa, bu əsərin Venesiya Film Festivalı proqramında birinci nümayiş olunması və tamaşaçıların alqışlarına, habelə festivalın ali mükafatı olan "Golden Lion"a ("Qızıl Aslan") layiq görülməsi çox məntiqli görünür. Həmçinin Xoakin Feniksin də 2020-ci il "Oskar"ını qazanacağı barədə bukmekerlərin proqnozları mübaliğəli sayılmamalıdır.

Azərbaycanlı tamaşaçılar da "Joker"i layiqincə qarşılayıblar. Birinci dərəcəli "Cinemaplus" kinoteatrında filmin nümayişi möhtəşəm oldu. "Cinemaplus" komandasının iki aydan çox şou proqramı üzərində çalışdığı bu ekran əsəri böyük maraq doğurub, biletlər bir göz qırpımı ilə satılıb qurtarmışdı.
"Joker": Dəli gülüşün faciəsi"CinemaPlus"un inzibatçısı Rasim Baxışov isə "Report"a bildirib ki, film təqdimatdan sonra böyük auditoriya toplaya bilib: "Hər seansda minlərlə bilet satılır, hətta, ümumiyyətlə, yer tapılmır. Təkcə 1 salonda 270-dən çox bilet satılıb".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 6772   Tarix: 11 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Opera Teatrında "tapşırıq" qalmaqalı: Almaxanım iddia etdi, Xalq artisti cavab verdi

Müğənni Almaxanım Əhmədli Opera və Balet Teatrının rəhbərliyini ittiham edib. O bildirib ki, sözügedən teatrın səhnəsində quruluş verilən "Leyli və Məcnun" tamaşasında baş rol almaq üçün mütləq "arxan" olmalıdır. Yəni orada səhnə almaq üçün həmin teatrın direktoruna səni kimsə tapşırmalıdır

21 noyabr
.

Alim Qasımovun nəvəsinin toyu olacaq

Xalq artisti Alim Qasımovun evində toy olacaq. Axşam.az xəbər verir ki, xanəndənin nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanə ailə qurmağa hazırlaşır. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" verilişində deyib. "Yanvarın 27-də qız, fevralın 5-də isə oğlan toyudur"

28 noyabr
.

Aşıq Yadigarla vida mərasiminin yeri açıqlandı

Əməkdar artist Yadigar Muradov ilə vida mərasiminin yeri və tarixi məlum olub. -ın -a istinadən məlumatına görə, Aşıq Yadigarla vida mərasimi bu gün saat 12:00-da direktoru olduğu Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutacaq. Onun Badamdar qəbiristanlığında dəfn ediləcəyi bildirilir

18 noyabr
.

Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 116 il ötür

Bu gün Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günüdür. Onun anadan olmasından 116 il ötür. Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbayca

15 dekabr
.

Rəşad İlyasovdan Zeynəb Xanlarova ilə bağlı paylaşım

Xalq artisti Zeynəb Xanlarovanın yeni fotosu yayılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Əməkdar artist Rəşad İlyasov sosial şəbəkə hesabında paylaşım edib. Sənətçi fotoya "Dünyanın Zeynəbi" sözlərini yazıb. Onun bu paylaşımı izlıyiciləri tərəfindən maraqlaq qarşılanıb. Xatırladaq ki, Xal

6 dekabr
.

Əməkdar artistə ağır itki

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyevə ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, bu barədə sənətşünas Turan Etibaroğlu məlumat verib. O bildirib ki, aktyorun anası Rəfiqə xanım vəfat edib. Allah rəhmət eləsin!

27 noyabr
.

Xalq artisti qəzaya görə konsertini təxirə saldı - Video

Xalq artisti Mənsum İbrahimov bu gün Gəncədə keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb. Bu barədə "Qafqazinfo"ya Xalq artisti özü məlumat verib. Muğam ustası bildirib ki, yubileyi ilə əlaqədar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertinin təxirə salınmasın

12 noyabr
.

"Hər kəsdən üzr istəyirəm..." - Suad Qarayeva

"Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri rejissor və ssenari müəllifi Suad Qarayeva qalmaqallı "Məhsəti" filmi ilə bağlı instaqram hesabında etdiyi açıqlamasınd

17 dekabr
.

Xalq artisti: "Özümü ev dustaqlığında hiss edirəm"

"Hazırda həyatım həbs kimidir. Özümü ev dustaqlığında hiss edirəm. İndi bu cəzanın nə qədər çəkəcəyini yaradan bilir". Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Valeh Kərimov deyib. Aktyor ona heç bir teatrdan dəvət gəlmədiyini xatırladıb: . "Yaşla əlaqədar teatrdan, səhnədən ayrılmışam

15 noyabr