Opera Teatrında "tapşırıq" qalmaqalı: Almaxanım iddia etdi, Xalq artisti cavab verdi
Müğənni Almaxanım Əhmədli Opera və Balet Teatrının rəhbərliyini ittiham edib. O bildirib ki, sözügedən teatrın səhnəsində quruluş verilən "Leyli və Məcnun" tamaşasında baş rol almaq üçün mütləq "arxan" olmalıdır. Yəni orada səhnə almaq üçün həmin teatrın direktoruna səni kimsə tapşırmalıdır. Nə qədər istedadlı olsan belə, bu olmadan səni həmin teatrın qapısından içəri buraxmazlar.
Uzun illərdir ki, Opera və Balet Teatrının səhnəsində "Leyli" obrazının ifaçılarından biri olan Xalq artisti Aygün Bayramova isə Almaxanım Əhmədlinin bu ittihamını rədd edib:
"Musiqi Akademiyasında oxuduğum illərdə Xalq artisti, mərhum Arif Babayev mənə dedi ki, "sən teatra gəlməlisən". Deyirdim ki, hələ tezdir, qoy bir az geniş səhnədə püxtələşim. Ondan sonra teatrın əvvəlki direktoru Akif Məlikov tədbirlərdə nə vaxt görürdüsə, məni teatra dəvət edirdi. Buna baxmayaraq, yenə də dəvəti qəbul etməmişəm. Demişəm ki, müəyyən zaman keçsin. Teatrın bütün tamaşalarına da baxırdım. Ola bilsin ki, kimlərisə tapşırıblar, bu barədə heç nə deyə bilmərəm. Şəxsən məni teatra 2-3 şəxs dəvət edib".
Aygün Bayramova bildirib ki, son illərdə bir neçə sənət adamlarının teatrda işləməsi üçün özlərinin rəhbərliyə müraciət etdiyinin şahidi olub:
"Gəliblər, onlara direktor, truppa rəhbəri qulaq asıb, kimisə götürüblər, kimisə yox. Əvvəllər Opera və Balet Teatrında solist olmaq çətin olub. Mütləq sənətin, səsin olmalı idi. Mən dərhal gedib "Leyli"ni oynamadım. Əvvəlcə həmin tamaşaya baxdım. Sonra 8 ay bu tamaşa üzərində işlədim. Gördülər ki, bu rolun öhdəsindən gələ bilərəm. Həmin vaxt Aygün Bayramova kimi tanınırdım, səhnə adamı idim. Amma bir də tamaşaçılar tərəfindən "Leyli" kimi təsdiqlənmək məsələsi var. Sevilməsən, rolun öhdəsindən gələ bilməsən, səni həmin teatra götürməzlər. Tamaşanın premyerası olandan sonra məni teatra solist götürüblər. Son illərdə orada nə baş verirsə, ondan xəbərim yoxdur".
Əməkdar müəllim Qəzənfər Abbasov heç vaxt Opera və Balet Teatrına solist kimi dəvət olunmadığını deyib:
"Mənə heç vaxt bu təklifi etməyiblər. Nə müəllimlərim deyib, nə də özümün belə bir fikrim olub. Amma mən bu obrazı dövlət imtahanında yüksək səviyyədə oynamışam. İmtahanı da məndən mərhum Arif Babayev və Xuraman Qasımova qəbul edib. Yüksək də qiymət verilib. Həmin vaxt məndən "Məcnun" ola bilərdi. Opera və Balet Teatrının işlərindən xəbərim yoxdur. Bilmirəm orada solistləri işə necə götürürlər. Odur ki, rastlaşmadığım məsələ ilə bağlı danışmaq mənə yaraşmaz".
Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabrPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqustCeki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər
4 avqustBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabrLeyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyulİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabrƏlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"
Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd
20 iyulXəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin
25 sentyabr