İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı

İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladıPrezident İlham Əliyev akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat edib.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil alıb, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olub və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirib.

Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev 1981-1991-ci illərdə burada şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993–2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb, 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik edib.

Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş və 1979-cu ildə professor elmi adını alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr verıb. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri vardır.

Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilib. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulayıb.

Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınıb. "Qurani-Kərim"in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri vardır.

Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə uzlaşdırmış, yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf edib. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərəbşünaslığın ən qabaqcıl mərkəzlərindən birinə çevrilməsində mühüm əməyi olan alimin bu çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil ediblər.

Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapıb. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanıb. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanıb. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilib.

Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülüb.

Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Eldar Əzizov

Fərəh Əliyeva

Ceyhun Bayramov

Akif Əlizadə

İsa Həbibbəyli

Nizami Cəfərov

Gövhər Baxşəliyeva

Teymur Kərimli

Elçin Babayev".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1098   Tarix: 14 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr