Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq

Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq"Gec-tez Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq".

Sonxeber.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri-Lalei APA-ya açıqlamasında deyib.

Respublika Narkoloji Mərkəzinin direktoru bildirib ki, bir sıra ölkədə yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılıb, bəzilərində bu məsələ müzakirə edilir.

Onun sözlərinə görə, yüngül narkotik vasitələr ilk dəfə Niderlandda leqallaşdırılıb:

"Bu gün Niderlandda çoxlu sayda narkotik istifadəçisi var.

Amma onları çoxu narkotikdən istifadə etmək üçün Niderlanda başqa ölkələrdən gəlir. Niderlandın özündə sağlam həyat tərzi mühüm yer tutur və yerli əhali arasında narkotik istifadəçilərinin sayı çox azdır.

Yüngül narkotik vasitələrin leqallaşdırılmasından sonra Niderland əhalisi arasında narkotik vasitə istifadəçilərinin sayında azalma qeyd alınıb".

A.Manuçeri-Lalei Niderlandda narkotik vasitələrdən mədəni surətdə istifadə edildiyini söyləyib: "Tutaq ki, biz həftədə bir dəfə kafedə, restoranda dostlarla toplaşıb araq, pivə içirik.

Ola bilər ki, Niderlandda həftədə bir dəfə toplaşıb nəşə çəksinlər. Yaxud tərkibində kiçik dozada tiryək olan xüsusi şokoladlar, tortlar, kekslər yeyirlər. Niderlandın yerli əhalisində belə hallara tez-tez rast gəlinir.

Maraqlı həm də odur ki, niderlandlılar siqaret çəkməyə spirtli içki içməkdən daha pis baxırlar.

Siqaretin ziyanı spirtli içkiyə nisbətən daha çoxdur. Siqaret xərçəngə yol açır, bədənə, ürək-damar sisteminə zərəri daha artıqdır.

Həftədə 50-100 qram arağın, pivənin, çaxırın zərəri gündə bir qutu siqaret çəkənlə müqayisədə daha azdır".

Respublika Narkoloji Mərkəzinin direktoru leqallaşdırmanın da müəyyən məhdudiyyətləri özündə ehtiva etdiyini diqqətə çatdırıb:

"Məsələn, Azərbaycanda spirtli içki leqaldır, lakin spirtli içki içərək sükan arxasında əyləşmək, evdə spirtli içki hazırlamaq, spirtli içkini lisenziyasız satmaq olmaz.

İşə içkili vəziyyətdə gələnlər çox rahatlıqla işdən qovulur. Niderlandda marixuanadan istifadə leqal olsa da, marixuana çəkib avtoşluq edə bilməzlər.

Bu halda həmin şəxsin cəzası narkotikdən istifadə etməyən şəxslə müqayisədə daha çox olur. İşə narkotik vasitədən istifadə edərək gəlmək də yolverilməzdir.

Mən hesab edirəm ki, Azərbaycanda da gec-tez yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq.

Bəlkə bu, 20, 30 il çəkəcək, ancaq cəmiyyət artıq bu yöndə gedir. Cəmiyyətdə, mətbuatda bu məsələ müzakirə edilir, deputatlar bu barədə danışır, müxtəlif məqalələr nəşr olunur.

Əgər bu məsələ gündəmdədirsə, gec-tez bu addım atılacaq. Sadəcə, Niderlanddakı kimi millətin düşüncəsi buna hazır olmalıdır".

A.Manuçeri-Lalei nəzərə çatdırıb ki, hazırda Azərbaycanda ağır narkotik dərman olan metadon hökumət tərəfindən xəstələrə təmənnasız verilir:

"Məqsəd odur ki, həmin xəstələr başqa narkotik vasitə istifadə etməsinlər, narkotiklə bağlı cinayət törətməsinlər, sifilis, QİÇS, hepatit kimi xəstəlikləri iynə vasitəsi ilə yaymasınlar.

Müalicə məqsədi ilə narkotik tərkibli bu dərman vasitədən istifadə edilməsi, əslində, bu istiqamətdə ilk addımdır.

Cəmiyyət də artıq bunu qəbul edib. Bir müddətdən sonra yüngül narkotik vasitələrin leqallaşdırılması da qəbul ediləcək.

Dünyada da başa düşüblər ki, narkotik vasitə istifadəçiləri ilə nə qədər mübarizə aparılsa da, say azalmır, artır.

Qadağalar effekt vermir. Alimlər təcrübələr əsasında müəyyənləşdiriblər ki, ən düzgün yol bunu leqallaşdırmaqla nəzarətdə saxlamaq, zərəri azaltmaq və narkotik vasitələrini qəbul etmək mədəniyyətini yaratmaqdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4168   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel