"Onlar xarici havadarlarına arxalanır, baş verənlər haqqında məllumatlandırırlar"- Millət vəkili

"Onlar xarici havadarlarına arxalanır, baş verənlər haqqında məllumatlandırırlar"- Millət vəkiliXəbər verdiyimiz kimi, Milli Şura oktyabrın 19-da metronun "28 may" stansiyasının yaxınlığında qanunsuz aksiya keçirib. Oktyabrın 20-də Real TV-nin "Mirşahinin vaxtı" verilişində Bakıdakı icazəsiz mitinq haqqında danışılıb. Mir Şahin Ağayev Bakıda icazəsiz aksiyada bir çox sensasion məqama diqqət çəkib. O, mitinq keçirmək istəyənlərin cəhdinin əslində haralara gedib çıxdığını izah edib. Jurnalist bildirib ki, hər şey xaricin müdaxiləsi və müşayiəti ilə baş verir. Belə ki, Gültəkin Hacıbəyli Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı Uilyam Solli və Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidislə də əlaqə saxlayıb, vəziyyətlə bağlı onu məlumatlandırır.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Tahir Rzayev bildirib ki, müxalifət özünün xarici havadarlarına sökənir: "Onlardan müəyyən maliyyə dəstəyi alırlar. Təbii ki, bunun qarşılığında da insanları yoldan çıxarıb bu cür icazəsiz aksiyalara dəvət edirlər. Hər bir aksiya və mitinq qanun çərçivəsində olmalıdır. Onlar əsasən insanların çox olduğu yerlərdə aksiyalar təşkil edirlər. Həmin ərazi nəqiliyyatın və insanların gur olduğu yerdir. Belə yerlərdə icazəsiz aksiyalar keçirmək olmaz. Dövlət həm müxalif, həm də iqtidar düşüncəli olan hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinə zəmanət verir. Əgər burada hər hansı bir hadisə olarsa bunu müxalifətin və ya iqtidarın etdiyini deməyəcək. Kifayət qədər Azərbaycanı istəməyən qüvvələr var. Onlar burada təxribat törədər, yüzlərlə insan ölə bilər. Ancaq müxalifət bunu nəzərə almadan çağırış edib insanları kütləvi şəkildə küçələrə dəvət edirlər. Ona görə də onlar məsuliyyətə cəlb olunmalıdırlar. Onlar niyə bu cür şəkildə qanunsuz çağırışlar edirlər?. İcazə verilən yerlərdə gedib aksiyalarını keçirsinlər. 50 nəfər aksiyada iştirak edirsə, 2000 insan oradan keçir. Bu insanlar dönüb aksiya iştirakçısına baxacaqlar. Bu da böyük bir toplantıya və nəqliyyatın iflic olmasında səbəb olur. Təbii ki, bu da yolverilməzdir".

Deputat vurğulayıb ki, metrolar müəyyən saatlarda dayandırıldı: "Onlar deyirlər ki, metro niyə dayanırıblar? Metroya minən insanlar təhlükəsiz şəkildə lazım olan ünvana getməyəcəklərsə nə etməliydik? 90-cı illərdə neçə dəfə bizim metrolar partladıldı? Onlarla insanlar və görkəmli şəxsiyyətlər öldü. Bax, buna görə onlar məsuliyyətə cəlb edilməlidir. Biz bilirik ki, onlar xarici havadarlarına arxalanır, baş verənlər haqqında məllumatlandırırlar. İstintaq orqanları onlar haqqında dəqiq araşdırma aparmalıdır. Həqiqətən xarici qüvvələr onları təhrik edirlərsə, həmin şəxslər işlədiyi dövlət orqanlarından və ölkədən çıxarılmaları ilə bağlı məsələ qaldırılmalıdır".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1397   Tarix: 21 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel