Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək?- Şərhlər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək?- ŞərhlərXəbər verdiyimiz kimi Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu 3 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət nəticə əldə ediləcəkmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycanın dostu olan ölkələrin hər biri ərazi bütövlüyümüzü müdafiə edirlər:
"Tək bu dövlətlər deyil, beynəlxalq təşkilatlar da ərazi bütövlüyümüzlə bağlı bəyanatlar verir, bizi dəstəkləyirlər. 120 ölkənin Azərbaycanı yaxından tanıyacağını və Dağlıq Qarabağ problemi ilə bağlı məlumatlı olacağını gözləyirik. Dağlıq Qarabağ probleminin həllinə maksimum səylər göstərilir. Qoşulmama Hərəkatının da bu məsələdə Azərbaycana dəstək olması bizim gücümüzü daha da artıracaq".

"Atlas" Araşdırmalar Mərkəsizinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmaqda məqsədi bu təşkilata üzv dövlətlərlə siyasi, iqtisadi əlaqələri genişləndirmək, informasiya mübadiləsini gücləndirmək ən önəmlisi isə Dağlıq Qarabağ münaqişəsinin həllində bu ölkələrin dəstəyini qazanmaq idi: "Bu o demək deyil ki, Bakı bəyannaməsində Qarabağ məsələsində bizə dəstək ifadə olunacaq və bu münaqişənin həllində gələcək 3 ildə müsbət təsir edə bilər. Ona qalsa daha güclü olan BMT-nin 4 qətnaməsi var ki, hələ də kağız üzərində qalır. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı hər il Azərbaycanın xeyrinə sənədlər və bəyanatlar qəbul edir. Amma bu da münaqişənin həllini sürətləndirmir. Əlbəttə, bu təşkilata üzvlük bizim üçün əhəmiyyətlidir. Lakin bu təşkilata üzvlük və xeyrimizə qəbul olunan bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirmək iqtidarında deyil. Biz bunu 25 ildə gördük. Yəni Azərbaycanın xeyrinə qəbul edilən qətnamələr real mexanizmə çevrilə bilmir. Gürcü tərəfi haqlıdır. Münaqişənin həllini biz özümüz sürətləndirməliyik. Gözləməməliyik ki, hər hansı bir qətnamə və ya bəyanat münaqişənin həllini sürətləndirəcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1368   Tarix: 25 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel