ŞƏHİD QARDAŞI: Dözülməz dərddir bu, dözə bilmirik - FOTOLAR
Qoşunların təmas xəttində şəhid olan Azərbaycan Ordusunun əsgəri, kəşfiyyatçı Bağırov Emin İmran oğlunun ailəsi şəhid oğullarının yoxluğuna dözə bilmir.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, şəhidimizin qardaşı Y.Bağırov şəhid qardaşının şəxsi əşyalarının fotosunu paylaşıb.
Y.Bağırov "Qardaşımın geyimləri, işlətdiyi əşyalar, bugün döyüş yoldaşları gətirib... Qoxusu hələ də üstündədi. Sənə qurban olum qardaşım. Mən indidən sənin üçün darıxmışam, qardaşım hardasan? Sənə qurban olum Eminim. Arxa dayağım yoxdu daha. Mənə demişdin ki, müharibə olsa yaralılara ilk tibbi yardımı öyrənirik. Amma sənə heç kim kömək ola bilmədi".
Şəhidimizin şəxsi əşyalarının fotosuna yaxınları da şərh yazıb: "Nə gözəl qoxusu varmış şəhidimin, cənnət qoxusu gəlir", "Allahım dözülməz dərddir bu ... dözə bilmirik"...
Şəhid E.Bağırov Binəqədi qəsəbəsində dəfn edilib.
Bitib tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində sakinlər şəhidi son mənzilə yola salıblar. Binəqədi qəsəbə qəbristanlığında torpağa tapşırılan Bağırov Emin İmran oğlu Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, yaylım atəşinin açılması ilə torpağa tapşırılıb.
Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təhvil verilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Mirvari Nəcəf









Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 5646 Tarix: 12 aprel 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli
9 aprel 2024İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq
"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə
1 iyun 2024İraq hava məkanını tamamilə bağlayıb
İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla
14 aprel 2024İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı
14 aprel 2024İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb
İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd
17 mart 2024İsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib
İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind
14 aprel 2024