KİV: Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib
Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti (UTX) təşkil edib.
"Report" xəbər verir ki, bunu "Hromadske"yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Həmsöhbətin sözlərinə görə, "artıq uğurlu hücum haqqında danışmaq olar – əsas hədəf olan atmosfer sütunları ərazisində böyük yanğın qeydə alınıb".
Mənbə nəşrə deyib ki, "bu cür hücumlar Rusiyanın iqtisadi potensialını sarsıtmaq və düşmənin müharibəyə göndərdiyi neft dollarlarının axınını azaltmaq məqsədi daşıyır".
O vurğulayıb ki, Slavyansk neftayırma zavoduna həmlə UTX-nin Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri və Pilotsuz Sistem Qüvvələri ilə birgə səyləri sayəsində mümkün olub.
Ümumilikdə, UTX dronları bu yaxınlarda Rusiyada 12 neftayırma zavoduna uğurla hücum edib.
Xatırladaq ki, martın 16-dan 17-nə keçən gecə Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna dron hücumu nəticəsində yanğın başlayıb. Diyarın operativ qərargahı bildirib ki, həmlə edən dronlar zərərsizləşdirilib, hadisə zamanı bir nəfər ürəktutmasından ölüb.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1103 Tarix: 17 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024İran İsraili ballistik raketlərlə VURMAĞA BAŞLADI - GƏRGİNLİK PİK HƏDDƏ
İran İsrailə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənu
14 aprel 2024İsrail İranın hücumlarına cavab verəcək
İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranı
14 aprel 2024İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib
İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib
14 aprel 2024İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel 2024SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək
14 aprel 2024