"Bir tanıdığım ailə qızını 16 yaşında ərə verdi, 18 yaşı olanda intihar etdi"- Deputatla MÜSAHİBƏ

"Bir tanıdığım ailə qızını 16 yaşında ərə verdi, 18 yaşı olanda intihar etdi"- Deputatla MÜSAHİBƏDeputat Sona Əliyeva Sonxeber.az-ın suallarını cavablandırıb.

-Sona xanım, ilk öncə cənab prezidentimizin son dövrlər apardığı struktur və sosial islahatlarla bağlı fikirlərinizi öyrənmək istərdik.

- 2019-cu il cənab prezidentimizin sosial-siyasi sahəsində apardığı islahatlarla yadda qaldı. İki dəfə minumum əmək haqqı və pensiyalar qaldırıldı. Bundan əlavə bilirsiniz ki, yeni təqaüdlər təssis edildi, bəziləri isə artırıldı. Bundan əlavə, dövlət sifarişli ali təhsil müəssisələrində yerlərin sayı artırıldı. Birinci və ikinci qrup əllilər təhsil haqqından azad edildi. Bu qərarların hər biri insanların yaşayışının yaxşılaşdırılmasına hesablanıb.Təbii ki, bu qərarlar barəsində cəmiyyətin məmnunluğu var. Çünki insanlar bu qərarların nəticəsini öz yaşayışlarında hiss edə biliblər. Minumum əmək haqqı 116-dan 250 manata qaldırıldı. Bütün bunlar təqdirəlayiq addımlar və qərarlardır. Aparıla kadr dəyişiklikləri ümumilikdə ölkədə aparılan islahatların tərkib hissəsidir. Son zamanlar ölkəmizdə iqtisadi sahənin inkişafı üçün müəyyən addımlar atılır. Bu islahatların doğurduğu zərurətə görə kadr dəyişikliyi baş verdi. Əlbəttə, bu kompleks tədbirlər gələcəkdə iqtisadi inkişafın daha sürətli olmasına xidmət edir. Mikayıl müəllimin İqtisadi İnkişaf naziri təyin edilməsi və 3 qurumun birləşdirilərək böyük nazirlik yaradılması idarəetmənin daha çevik olması ilə bağlıdır. Ümumillikdə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyinin bir yerə toplaşması bu strukturlar arasında çox ciddi, çevik əlaqə qurulmasına xidmət edir. Düşünürəm ki, Azərbaycanda qurumlar çoxdur. Çevik xidmət göstərmələri üçün onların birləşdirilməsi çox müsbət bir haldır. Düşünürəm ki, bu kadr islahatları gələcəkdə də davam edəcək. Bu qərarlar gələcəkdə ölkəmizin daha yaxşı inkişafına hesablanıb.

-Yaşlıların istefa verib, gənclərin yüksək vəzifələrə gətirməsi ölkəmizə nələri qazandıracaq?

- Bu, yeni tendensiyanın əsasını qoydu. İstefa mədəniyyətin olması gözəl bir addımdır. Düşünmürəm ki, kimsə yaşlıdırsa, o mütləq vəzifədən getməlidir. Bütün sferalarda yaşlı, amma kifayət qədər təcrübəli insanlarımız var. Əlbəttə, bizim onların təcrübəsinə və bacarığına ehtiyacımız var. Düzdür, müəyyən yaşdan sonra insan fiziki cəhətdən də işləyə bilmirsə və istefa verirsə, bunun özü bir mədəniyyətdir. Əlbəttə, bu başqaları üçün də bir nümunədir. Vəzifəyə gətirilən gənclər savadlı, öz sahələrində uğurlar əldə etmiş təcrübəli gənclərdir. Onlar təsadüfi seçilmiş gənclər deyil. Müəyyən strukturlarda çalışmış, öz fəaliyyəti ilə seçilmiş, savadı, qabiliyyəti və ən önəmlisi isə vətənpərvərliyi ilə seçilmiş gənc kadrlardır. Gəncliyin təməlində inkişaf dayanır. Çünki gənclər dünyaya açıqdırlar, yeniliklərdən xəbərdardırlar. Çünki onlar yeniliklə doğulan gənclərdir. Onların uşaqlığı və gəncliyi texnologiyanın inkişafı dövrünə təsadüf edir. Düşünürəm ki, onların dünyaya baxışı və işə münasibətləri fərqlidir.

"Bir tanıdığım ailə qızını 16 yaşında ərə verdi, 18 yaşı olanda intihar etdi"- Deputatla MÜSAHİBƏ-Hər zaman radikal müxalifət öz istəklərini dövlətindən xalqından üstün tutub. Bundan ötrü hətta öz dövlətini millətini satmaqdan da çəkinmir.

- Radikal müxalifət hər zaman düzgün olmayan fikirlərini səsləndirməyə davam edir. Hər zaman biz onların insanları aksiyaya, mitinqə çağırış etdiklərini görmüşük. Onlar sosial şəbəkələr və "Youtube"vasitəsi özlərinin dırnaqarası həqiqətləri insanlara çatdırmağa çalışırlar. Təbii, burada ölkəmizi hər yolla ləkələmək istəyən xarici qüvvələrin də təsiri var. Onlar həmin qüvvələrdən maliyyələr və qrandlar alırlar. Ələbəttə, onlar aldqları qrand qarşılığında müəyyən fəaliyyətlərini ortaya qoymalıdırlar. Bəziləri isə hakimiyyət davası döyür. Görünür hökumətin onlara piket keçirməyə icazə verməsindən ürəkləndilər. Əlbəttə, şəhərin mərkəzində keçirilən kiçik bir yığıncaq da marağa səbəb olur. Müxalifət müxtəlif donlar geyindirməyə çalışsa da, Azərbaycan polisi hər zaman öz üzərinə düşən vəzifəni yerinə yetirib. Düşünürəm ki, müxalifət addımlarına və səsləndirdiyi sözlərə fikir verməlidir. Siyasi mübarizəyə daha peşəkar yanaşmaq daha doğru olardı. Çünki siyasi etkadan kənar davranışlar qəbuledilməzdir. Müxalifət bizim danışıqlarımızı belə təhrif edir. Hansı ölkədə icazəsiz mitinqlərə və aksiyalara icazə verilir? Biz demokratiyanın beşiyi olan Avropada miqrantlarla və icazəsiz mitinqlərdə insanılarla necə davranıldığını görürük. Parisdə sarı jiletlilərin aksiyası zamanı 8 nəfər ölmüşdü. Cəmiyyət varsa, bu cür problemlər də olmalıdır. Buna hansısa bir don geyindirmək Azərbaycanı qəddar bir ölkə kimi təqdim etmək doğru deyil. Azərbaycan hər birimizin evi və dövlətidir. Biz bu müstəqilliyi əldə etmək üçün müəyyən çətinliklərdən keçdik.

- Bir neçə gündən sonra Milli Məclisdə büdcə müzakirəsi başlayacaq. Uşaq pulunun yenidən bərpa edilməsi qanun layihəsi kimi gündəmə gələ bilərmi?

- Bu barədə dəqiq heç nə deyə bilmərəm. Əlbəttə, mən də istəyərəm ki, müəyyən yaşa qədər uşaq pulu verilsin. Hər bir halda bütün bunlar büdcənin və Azərbaycanın imkanlarından asılıdır. Əgər iqtisadi resurslar imkan verirsə, uşaq pulu məsələsinə baxılacaq. Çünki bu vəsait haradansa gəlməlidir. Bu qərar bir illik deyil. İllərlə davam edən bir proses olacaq. Bu çox ciddi müzakirələr tələb edən məsələdir. Hər bir halda dövlətin əhalinin xeyiri və təminatı üçün verdiyi qərarları dəstəkləyirik. Bu il əlavə 8 min tələbə dövlət sifarişi ilə təhsil alacaq. Bu kiçik rəqəm deyil. Birinci və ikinci qurup əlilər bütün mərhələlərdə təhsil haqqından azad olundu. Cənab prezidentimiz bütün çıxışlarında bildirib ki, minumum əmək haqqı, pensiyalar artacaq. Düşünürəm ki, bunu istək və arzu kimi ortaya qoymaq düzgün deyil. Bu bizim iqtisadi resurslarımıza və büdcəmizə bağlı bir şeydir. Gələcəkdə bu vəsaitin mənbəyi və davamlığı müəyyən olunmadan belə bir qərar vermək düzgün olmazdı.

"Bir tanıdığım ailə qızını 16 yaşında ərə verdi, 18 yaşı olanda intihar etdi"- Deputatla MÜSAHİBƏ-Bilirsiniz ki, bu il təhsil haqqına görə bir neçə tələbə təhislini davam etməkdən imtina etmişdi. Düzdür, bəzilərinə yardım olundu. Sizcə, təhsil haqqı ilə bağlı hansı addımlar atılmasına ehtiyac duyulur?

- Təhsil haqqı cəmiyyəti narahat edən məsələlərdən biridir. Dövlət sifarişli yerlərin sayı 50 faizə yaxınlaşıb. Cənab prezidentimiz gələcəkdə bunun artırılacağı ilə bağlı anonsunu verdi. Bu gün xeyli tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilir. Bundan əlavə qanunvericilik əsasında gələcəkdə təhsil krediti ilə bağlı qanun layihəsini hazırlayıb təqdim edilməsi düşünülür. Hesab edirəm ki, bu da bir çıxış yolu olacaq. Bu məsələdə dövlətin qayğısını biz görürük. Gənclər Fondu 425 gəncin təhsil haqqını ödədi. Bunun özü də əslində dövlət büdcəsi hesabına gerçəkləşdirildi. Düşünürəm ki, universitetlərdə savadı, biliyi olan gənclər oxumalıdır. 200 ballı toplayan gənc də universitetə daxil olur. Sonra deyir ki, mən oxuya bilmirəm. Mən savadlı, layiqli kadrların yetişdirilməsinin tərəfdarıyam. Aşağı balla ödənişli yerləri seçirlər. Sonra da bu müəyyən problemləri ortaya çıxarır. Düşünürəm ki, keçid balları artırıb, rəqabəti daha da gücləndirmək lazımdır. Bu məsələdə özəl sektorun diqqəti də vacibdir. Dünyanın hər bir yerində yaxşı və savadlı tələbələr özel sektorda təcrübə keçirlər. Yaxşı tələbələri özel sektorlar işə götürür və təhsil haqqlarını ödəyirlər. Bizdə özel sektorlarla ali məktəblərin bağlılığı demək olar ki, yoxdur. Bu gün özəl sektor qapılarını açsa, əlaqələr qursa bəlkədə bu problemlər olmaz. Ölkəmizdə özəl sektorlar inkişaf edib. Belə olan halda niyə onları təhsilə yönəltməyək. Azərbaycanda kifayət qədər özəl xəstəxanalar var. Onların hansı birində bizim rezidentlərimiz təcrübə keçir?! Çünki bağlılıq yoxdur. Azərbaycanda elə özəl məktəblər var ki, dövlət təhsil ocaqlarından daha yaxşı savad verir. Ölkəmizdə illiyi 30-40 min manat olan özəl məktəblər var. Yaxşı özəl ali məktəblərimiz mövcuddur. Niyə onların arasında bir əlaqə yaratmırıq. Bu əlaqələrin qurulması çox vacibdir. Gələcəkdə gənclərin məşğulluğuna təsir edən amildir. Biz demirik ki, özəl sektor təhsil haqqını tələbəyə bağışlasın. Gələcəkdə onu işə götürüb onun maaşından az-az çıxıb verdiyi pulu geri götürsün. Nədənsə bizdə özəl sektor bu məsələyə isti yanaşmır. Dünyanın hər yerində bu təcrübə var. Düşünürəm ki, bu bağlılığın bizdə yaradılmasına da ehtitac var.

"Bir tanıdığım ailə qızını 16 yaşında ərə verdi, 18 yaşı olanda intihar etdi"- Deputatla MÜSAHİBƏ-Sona xanım, siz də sosial şəbəkədə aktivsiniz. Son dövrlər dərsliklərdə olan problemlər sosial şəbəkələrdə müzakirə olunur. Bu yaxınlar da 5-ci sinif tarix kitabında ermənilər bu dövrün tarixi xalqı kimi göstərilib.

-Bununla bağlı Təhsil Nazirliyinə müraciət olunmalıdır. Əgər bu iddialar doğrudursa, bununla bağlı Təhsil Nazirliyi müvafiq addımlarını atmaldır. Ümumiyyətlə, bizim dərsliklərdə problemlər var. Amma Təhsil Nazirliyi bu yaxınlarda yaxşı bir yanaşma tədbiq etdi. Bu il dərsliklər müzakirə olunmazdan öncə ictimai müzakirəyə çıxarıldı. Bütün müəllimlərdən, təhsil sahəsində olanlardan rəy yazılması istənilmişdi. Düşünürəm ki, dərs proqramı müəyyən qədər ağırdır. Bundan əlavə zaman-zaman şagirdlərin çantasının ağırlığı məsələsi gündəmə gətirilir. Sovet dövründə də dərsliklərdə problemlər olurdu. Amma dərsliklərdə bu cür ciddi nöqsanların olması yolverilməzdir.

-Mətbuatda erkən yaşda ailə qurmağa məcbur edilən qızlarla bağlı mütəmadı informasiyalar gedir. Hətta onlar arasında intihar edənlərdə var. Bir qız anası kimi buna münasibətiniz?

- Bu məsələdə Azərbaycanın qanunvericiliyi çox mükəmməldir. Azərbaycanda qadın hüquqları ilə bağlı iki qanun var. Bunlar gender bərabərliyi və məşiət zorakılığı ilə bağlı qanunlardır. Eyni zamanda 2011-ci ildə erkən nikah yaşı 17-dən 18-ə qaldırıldı. Qanunla 18 yaşdan aşağı olanın nikaha girməsi yolverilməzdir. Ümumiyyətlə, qadını zorla nikaha məcbur etmək inzibatı məsuliyyətə cəlb olunmaq və yüksək məbləğdə cərimə ilə nəticələnir. Əlbəttə, nikaha məcbur edilən azyaşlı olarsa, cinayət məsuliyyəti ağırlaşır. Azyaşlı uşaqların erkən nikaha məcbur edilməsi ilə bağlı cəzalar ağırlaşdırılmalıdır. Bizdə cinsi zorakılığa görə ən ağırlaşdırılmış cəza 15 ildir. Mən düşünürəm ki, bu cəzalar minumun 20 ildən başlamalıdır. Az yaşlıları zorla nikaha məcbur edənlərlə bağlı cəzalar sərtləşərsə, bu hallar yavaş-yavaş aradan qaldırılacaq. Azərbaycana qanunvericiliyinə görə döyülən qadın ərindən şikayət etmirsə, kişi cinayət məsuliyyətinə cəlb oluna bilməz. Mütləqdir ki, birinin şikayəti olmalıdır. Biz İstanbul Konvensiyasına qoşulmamışıq. Hər bir halda azyaşlılarla bağlı cəzalar sərtləşdirilməlidir. Əgər uşaq nikaha cəlb olunursa, deməli məktəbdə yayındırılır. Bu zaman təhsilin üzərinə məsuliyyət düşür. Onlar polisə müraciət edib bildirməlidir ki, bizdə bu uşaq dərsə gəlmir, zorla ailə qurmağa məcbur edilir. Bizdə həm də vətəndaş laqeydliyi də var. Azərbaycanda qadınlar hər hansı bir hadisə baş verən zaman öz həmcinslərinə şübphə ilə yanaşır. Düşünürlər ki, yəqin deyilənlər doğrudur. Bu düşüncələri sındırmaq lazımdır. Tarixən də kişi qadın hüquqları bərabər olmayıb. Dünyada hər üç qadından biri zorakılığa məruz qalıb. Bu gün milyonlarla qadın təhsilsizdir. Düzdür, Azərbaycanda bu təhsil məsələsinə ciddi yanaşılır. Ölkə üzrə savadlılıq 99 faizdir. Hələ dünya səviyyəsində kişi-qadın hüquqlarının bərabərliyi məsələsi həll edilməyib. Bu gün bütün beynəlxalq təşkilatlarda müzakirə olunan önəmli məsələlərdən biri gender bərabərliyidir. Siz görmüsünüzmü ki, kişilər forumu olsun. Çünki onlar hər zaman güclü tərəfdir. Çünki hər zaman hüquqları pozulan tərəf qadınlardır. Qadınlara öz mülkiyyəti kimi baxmaq hələ də qalmaqdadır. Bu düşüncə sınmayınca, qadın azad olmayacaq. Bu gün 13 yaşlı qızın təhsil hüququ əlindən alınır. Seçimləri məhdudlaşdırılır. Bu ciddi qanun pozuntusudur. Bu qanun pozuntusunun qarşısını almağa qonşudan və məktəbdən başlamalıyıq. Bunu etməyincə biz bərabər hüquqluğa gəlib çatmayacağıq. Azərbaycan yeganə dövlətdir ki, qadına 101 il öncə bərabər hüquqluluq verib. Bizim birinci xanımımızın timsalında çox yaxşı nümunələrimiz var. Xidmət sahəsində qadınların sayı çoxdur. Bu bir realıqdır. Təhsildən yayındırılan o azyaşlı bəlkə gəlib parlamentdə oturacaq və yaxud da yaxşı müəllim, həkim olacaq. Biz bu gün cəmiyyət olaraq onun seçim imkanlarını məhdudlaşdırılmasına göz yumursaq, hamımız bu məsuliyyətin altındayıq.

- Bu gün övladlarını erkən nikaha məcbur edən heç bir valideyn cəzalandırılmayıb.

- Burada bir az laqeydlik, soyuqluq rol oynayır. Əslində yerli icra orqanlarda yetkinlik yaşına çatmayanlarla bağlı komissiya və polis uşaqalrın hüquqlarını təmin etməlidir. Uşağın pozulmuş hüquqlarını müdafiə etməlidir. Valideynləri ilə islah edilməlidr. Əgər islah olunmursa, qanunla cəzalandırılmaldır. Çünki azyaşlını nikaha məcbur edirsənsə, artıq bu cinayət əməli var. Təhsilsiz, savadsız bir qadın necə bir uşaq böyüdəcək? Bütün bunlar qadınların öldürülməsinə, qatı cinayətlərə səbəb olacaq.

-Elinanın işi ilə bağlı çıxarılan məhkəmə qərarından hər kəs narazıdır. Sizin münasibətiniz?

- Bu məsələdə istintaq aparıldı, məhkəmə qərar çıxardı. Biz bir vətəndaş olaraq məhkəmənin qərarına münasibət bildirməyə haqqımız yoxdur. Ailə istəsə, bu qərardan apellyasiya məhkəməsinə şikayət verə bilər. Mən çox təəssüf edirəm ki, bu cür üzücü bir hadisə baş verdi. Biz bir gəncimizi itirdik. Burada məktəb, valideyn laqeydliyi, sinif yoldaşlarının ona olan düzgün münasibəti var. Ümumilikdə görünür ki, o sinifdə münasibətlər düzgün qurulmayıb. Sinif rəhbərinin laqeydliyi olub. Bütün kütlə məktəb direktorunu günahkar bilir. Mən məktəb direktorunu qətiyyən müdafiə etmirəm. Amma bir nəfəri günahlandırıb, onun qurban kimi verilməsi düşüncəsinə qarşıyam. Düzdür, məktəb direktoru günahkardır. Amma onunla birlikdə görün nə qədər insan günahkardır. Onlar cəzalandırıldımı? Yox. Cəzalandırılmalıdır. Ananın özü də daxil olmaqla hər kəs cəzalandırılmalıdır. Sinif yoldaşları onunla yola getməyən zaman psixoloq, sinif rəhbəri hardaydı? Onlar niyə inzibati cəza verilmədi? Anası qızının o hərəkətlərini görəndə onun mənəvi məsuliyyəti hardaydı? Ola bilməz ki, ana övladındakı dəyişikliyi hiss etməsin. Mən də anayam. Övladımın üz cigisindən bilirəm ki, övladımın başına bu gün ərzində nəsə gəlib. Kimlə mübahisə edib və ya xəstədir. Sən anasan. Bunu birinci sən bilməlisən. Gəlin boynumuza alaq ki, bu məsələdə bir çox insanın günahı var. Sadəcə məktəb direktorunu qabağa vermək düzgün deyil. Bu cür halların təkrar olunmaması üçün hamı düşünməlidir. Bütün müəllimlər,sinif rəhbərləri, direktorlar, valideynlər düşünməlidir. Bu yaxınlarda bir qadın övladının gözü qarşısında həyat yoldaşı tərəfindən öldürüldü. Burada da günah anada idi. Çünki deyilənə görə, ana bilirdi ki, qızının ailəsində problemlər var. Bilirəm ki, cəmiyyətimizdə bu cür problemlər var. Çünki mənim tanıdığım bir ailədə bu cür hadisə baş vermişdi. Valideynlər azyaşlı qızı evləndirmişdi. Qız öləndə 18 yaşı var idi. O qız 16 yaşında evləndirilmişdi. O ölümündən öncə valideynlərinə müraciət etmişdi ki, gəlin, məni aparın. Valideyni onun dalınca getməmişdi. Yarım saatdan sonra demişdilər ki, qızın intihar edib. Valideyn etinasızlığı var. Heyvan belə vəhşicəsinə öldürülməyə layiq deyil. Övladının gözü qarşısında həyat yoldaşını öldürmək insanlığa sığmır. O uşaq ömrü boyu gözləri qarşısındaanasının öldürülməsini xatırlamağa və atasına nifrət etməyə davam edəcək. Amma bunun qarşısı alına bilərdi. Boşansınlar. Yetər ki, bu kimi hadisələrin qarşısı alınsın. Bu kimi aqresiyalar bizə yaxşı heç nə vəd etmir. 3 uşaq bu cür tramva ilə ortalıqda qaldılar. Ölənə qədər atalarına nifrət edəcəklər. Günahın kimdə olması heç vaxt bilməyəcək. Düşünürəm ki, bu cür poroblemlər aradan qaldırılmaldır. Bu ailələr tapılıb, hərtərəfli kömək edilməlidir. Cəmiyyətdə qadına olan düşüncə dəyişməlidir. Bu gün bir qadın polisə və ya ya qonşuya gedən zaman sual verirlər ki, sən neyləmisən ki, döyülmüsən. Heç kim kişini günahlandırmır. Düşünürlər ki, qadın pis nəsə edib ki, döyülüb. Bu yanaşmaları sındırmaq lazımdır.Qadına olan münasibət dəyişməlidir.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
"Bir tanıdığım ailə qızını 16 yaşında ərə verdi, 18 yaşı olanda intihar etdi"- Deputatla MÜSAHİBƏ"Bir tanıdığım ailə qızını 16 yaşında ərə verdi, 18 yaşı olanda intihar etdi"- Deputatla MÜSAHİBƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1942   Tarix: 04 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr