Bakıya yeni gətirilən avtobuslar niyə xəttə buraxılmır? – RƏSMİ AÇIQLAMA

Bakıya yeni gətirilən avtobuslar niyə xəttə buraxılmır? – RƏSMİ AÇIQLAMAÖtən gün Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın avtobus parkının yenilənməsi məqsədi ilə 300 ədəd avtobusun gətirildiyini bildirmişdi. Lakin bir neçə vaxtdır avtobuslar gətirilsə də hələ heç biri xəttə buraxılmayıb. Bəzi KİV-lər isə bunun səbəbini sürücü çatşmazlığı ilə əlaqələndirərək müxtəlif məlumatlar yayır. Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq.

O, Yeniavaz.com-a açıqlamasında avtobusların xəttə buraxılmasında heç bir gecikdirilmə olmadığını bildirdi:

"Məsələ ilə bağlı hər hansı gecikdirilmə yoxdur. Avtobusların böyük əksəriyyəti artıq Bakı şəhərindədir və onlar texniki baxışdan keçir. Eyni zamanda sözügedən avtobuslarda gediş haqqının ödənişi də BakıKartla həyata keçiriləcək. Avtobusların texniki aparatlar, kart oxuyucularla təchiz olunması və ya digər işlər zaman aparan işlərdir. Avtobuslar gətiriləndə də Cənab Prezident İlham Əliyevə də bildirilmişdi ki, il sonuna qədər avtobusların xəttə buraxılması təmin olunacaq. Yəni, bunlar hamısı qrafikə uyğun olaraq aparılır".

Mais Ağayev eyni zamanda peşəkar sürücülərə də ehtiyac olduğunu vurğulayıb: "İşlər bir neçə istiqamətdə aparılır. Misal üçün bu gün avtobus hansı istiqamətdə xəttə buraxılacaq onunla bağlı təhlil aparılır. Belə hallarda biz mütləq şəkildə vətəndaş müraciətlərini nəzərə alırıq. Vətəndaşlar həm sosial şəbəkələrdən, həm də qaynar xəttə zəng edərək müraciət edirlər. Bunların hamısına baxılır və nəzərə alınır. Bundan başqa sürücülərin kompleksləşdirilməsi istiqamətində də təhlillər aparılır. Bununla bağlı kütləvi informasiya vasitələrindən istifadə edərək sürücü elanları da vermişik. Həmçinin avtobusların xəttə buraxılması üçün kifayət qədər disbetçer də lazımdır. Disbetçerlə bağlı da biz artıq vakansiya elan etmişik. Bəli, peşəkar sürücülərə hər zaman ehtiyacımız var. Çünki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə avtobuslar alınıb, paytaxta gətirilir. Bu sahə dövlətin daim diqqətindədir. Amma dövlətin gördüyü bu işləri əhaliyə çatdıran sürücüdür. Sərnişinlər işçilərlə deyil də sürücü ilə daim təmasda olur. Sürücünün peşəkarlığı, sərnişinlərlə davranışı çox vacibdir. Yəni, bu istiqamətdə gecikdirilmə yoxdur".

BNA rəsmisi eyni zamanda 39 nömrəli marşrutların yeniləndikdən sonra hələ də kartlaşdırımamasının səbəbini açıqlayıb: "O avtobuslar daşıyıcının özü tərəfindən gətirilən avtobuslardır. Biz daşıyıcılara avtobus parkının yenilənməsi ilə bağlı tələblər qoymuşuq və gətirilən avtobuslar da Nazirlər Kabinetinin 73 saylı qərarına əsasən verilmiş tələblərə uyğun olmalıdır. Daşıyıcılar tərəfindən müəyyən avtobuslar gətirilsə də onlar heç bir tələblərə uyğun gəlmir. 39 nömrəli avtobusa qaldıqda isə əvvəlkinə nisbətən indi daha müasir olduğuna görə, xəttə buraxılmağına icazə verilib. İlin sonuna qədər isə bütün avtobuslar kartlaşdırılmış sistemdə olacaq. Biz bunu sürətli şəkildə etməyə çalışırıq. Gün ərzində avtobusların hamısı xəttə olur, ona görə də bu prosesi hissə-hissə edə bilirik. Çünki, müəyyən texniki işlər var ki, bu vaxt aparır, bizim də cəmi gün ərzində 12 avtobus üzərində iş icra etmək şansımız olur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1596   Tarix: 06 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021