Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub.
A.Kərimov ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə münasibətləri bölgədə bütün türk dövlətləri üçün örnək nümunə olmalıdır.
Nazir görüş zamanı işğaldan azad olunmuş ərazilərdə aparılan geniş yenidənqurma və bərpa işləri barədə məlumat verib.
Görüş zamanı nazir Anar Kərimovun Türkiyəyə və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərlərindən də söz açılıb, ortaq layihələr və mədəniyyət sahəsində birgə fəaliyyətin və əməkdaşlığın perspektivləri müzakirə edilib. Ankarada keçirilən görüşün nəticəsi ilə bağlı mədəni əməkdaşlığın dərinləşdirilməsinə dair incəsənət, muzey, kitabxana, mədəni irs sahələrində davamlı işlərin aparılmasının vacibliyi qeyd olunub. Ankarada iki ölkə arasında mədəniyyət üzrə birgə komissiyanın iclasında müzakirə olunan və imzalanan sənədlərə dair tədbirlər planının hazırlanmasının yekunlaşdırılması və yaxın zamanda imzalanması ilə bağlı işlərin aparılması müzakirə olunub.
İki ölkə arasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə əməkdaşlıq çərçivəsində mədəni irsin qorunması, tarixi abidələrin bərpası istiqamətində də münasibətlərin inkişaf edərək genişlənməsindən məmnunluq ifadə edilib.
Görüşdə cari ilin 6-10 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcəyi, sərgi-yarmarkada Türkiyədən nümayəndələrin və nəşriyyatların da iştirakının nəzərdə tutulduğu bildirilib.
Həmçinin görüşdə "Yunus Əmrə İli" və "Nizami Gəncəvi İli" çərçivəsində Azərbaycan və Türkiyədə həyata keçirilən layihələr və gələcəkdə birgə təşkili planlaşdırılan tədbirlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov Özbəkistanda səfərdədir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva