Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir - ŞOK SƏBƏB

Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir - ŞOK SƏBƏBBir müddət öncə Bakının Nəsimi rayonunda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb. Sentyabrın sonlarında Bilgəhdə yaşlı ruhi xəstə qohumunu öldürdükdən sonra evinin yaxınlığında olan transformatora daxil olaraq intihar edib. Belə hadisələrə görə kimsə məsuliyyət daşıyırmı? Ruhi xəstələr hər hansı cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Keçmiş inspektor-təhqiqatçı, polis baş leytnantı Amil Nəbiyev Lent.az -a açıqlamasında ruhi xəstələrin heç bir cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirib:

"Ruhi xəstələr hər hansı cinayət tərkibli əməl törətdikdə həbs oluna bilməzlər. Xəstəxanaya yerləşdirilməlidirlər. Təkrar olaraq hansısa cinayət xarakterli əməl törətsə, anlaqsız hesab olunaraq yenə tutulub xəstəxanaya təhvil verilir".

"Müvəkkil" hüquq mərkəzinin rəhbəri Səməd Vəkilov da ruhi xəstənin cinayət məsuliyyətinə cəlb olunmadığını, vurduğu ziyanın qəyyum tərəfindən ödənilməli olduğunu bildirib:

"Ruhi xəstələr cinayət məsuliyyətinə yalnız o vaxt cəlb olunmur ki, onun fəaliyyət qabiliyyəti olmaması məhkəmədətəsdiq olunsun. Ancaq şəxsin fəaliyyət qabiliyyətli olmaması məhkəmədə təsdiq olunduqdan sonra məcburi şəkildə qəyyumluğun himayəsinə verilir. Buna görə də onun cinayət törədərkən vurduğu zərərə görə qəyyumu məsuliyyət daşıyır. Cinayət qanunvericiliyində göstərilir ki, ruhi xəstənin vurduğu ziyanı onun qəyyumu ödəməlidir. Ancaq ruhi xəstə kimisə öldürsə, qəyyum məsuliyyət daşımır. Çünki cinayəti törədən şəxs anlaqsızdır və onun əməli məhkəmədə təsdiqləndikdən sonra xəstəxanaya müalicəyə göndərilir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3556   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021