Bakıda bir neçə nəfər 16 yaşlı yeniyetməni döydü

Bakıda bir neçə nəfər 16 yaşlı yeniyetməni döydüNərimanov rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verib.

Hadisə Nərimanov parkında qeydə alınıb. Belə ki, 16 yaşlı Əhmədov İlham Bayram oğlu tanımadığı şəxslərlə mübahisə zəmnində döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

İlkin məlumata görə, İ.Əhmədov park ərazisində olarkən bir neçə nəfər ona söz atıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə   Baxılıb: 407   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR