Bakıda 73 yaşlı qadını sifarişlə qətlə yetirdilər

Bakıda 73 yaşlı qadını sifarişlə qətlə yetirdilərBakıda sifarişlə qətl törətməkdə təqsirləndirilən Amil Piriyev, Şaiq Pirəliyev, Həmidə Həsənova, Ziya Dadaşov, Namiq Niftullayevvə Namik İbrəhimovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın gnlərdə keçiriləcək.

Qeyd edək ki, bu il aprelin 17-də səhər saatlarında paytaxtın Nizami rayonunun Azər Manafov küçəsi ev15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub. Daha sonra meyit daxili və xarici müayinədən keçirilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.
Daxili İşlər Naziliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Nizami Rayon polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının "isti" izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıblar. Onlar ifadələrində hadisə günü "Leyla" kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər.

Daha sonra Ş.Pirəliyev, H.Həsənova, N.Niftullayev və N.İbrəhimov da tutulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1385   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qazaxıstanda sərxoş sürücü avtomobilini dayanacaqdakı piyadaların üzərinə sürüb: Ölənlər var

Qazaxıstanın Almatı vilayətində sərxoş sürücünün idarə etdiyi "ZİL-131" markalı yük avtomobili və piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb. Bu barədə regionun yol polisinin rəisi Baurjan Alenov "Facebook"da bildirib. "Sürüc

12 may
.

Xəstəxanada 17 yaşlı qız müəmmalı şəkildə öldü: "Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub" - VİDEO

Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib. -ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Ümüd Quliyev bildirib ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəl

12 may
.

Dörd dost ağır qəzaya düşdü - Biri öldü

Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, gecə saat 01 radələrində 199-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi "Mercedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb

16 may
.

Bakıda piyadanı avtomobil vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəza metronun "Gənclik" stansiyasının yaxınlığında qeydə alınıb. Minik avtomobili yolu keçməkdə olan piyada Əziz Quliyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir

12 may
.

Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər - VƏZİYYƏTİ AĞIRDIR

Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər. -ın əldə etdiyi məlumata görə hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış massivində qeydə alınıb. Belə ki, 2013-cü il təvəllüdlü Ə.M (ad, soyad şərtidir) bu gün axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücu

11 may
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18 may
.

Güclü yağış Daşkəsəndə fəsadlar törətdi: Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırıldı

Bölgədə müşahidə olunan yağıntılı hava şəraiti Daşkəsən rayonunda bəzi fəsadlar törədib. "Report"un məlumatına görə, yağan güclü yağış səbəbindən Daşkəsən şəhərinin və rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyət

12 may
.

İmişlidə körpə yol qəzasında ağır xəsarət alıb

İmişli rayonunda körpə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2024-cü il təvəllüdlü F.N xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daha sonra Bakıda yerləşən xəstəxanalarda

11 may
.

Parkda avtoxuliqanlıq etdi, həbs olundu

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan 20 yaşlı Bürhan Əsədov saxlanılıb. Daxili İşlər Nazirliyini

12 may